vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 11 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
ƏƏSMN-də kadr dəyişikliyi 18:52 | 11 iyun 2014 | Çərşənbə Məqaləyə 5581 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ƏƏSMN-də kadr dəyişikliyi

Direktor təyin olunan şöbə müdrinin yerinə təyinat oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kadr dəyişikliyi olub. APA-nın məlumatına görə, Saday Abdullayev Nazirliyin Aparatının Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri müvafiq əmr imzalayıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumatı APA-ya təsdiqləyib.


Onun sözlərinə görə, Saday Muraday oğlu Abdullayev 1975-ci ildən müxtəlif səhiyyə müəssisələrində həkim kimi fəaliyyət göstərib. Son 8 ilə yaxın dövr ərzində əvvəlcə ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsində baş məsləhətçi, sonralar isə şöbənin müdir müavini-tibbi sosial ekspertiza və əlillərin reabilitasiyası məsələləri sektorunun müdiri vəzifələrində çalışıb.

Xatırladaq ki, bir qədər öncə ƏƏSMN-nin Aparatının Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov Nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru təyin edilib.