
Pıçıldamayan akademik ...
... yaxud elm və təhsilə ayrılan dövlət büdcəsinin qaymağını sümürən AMEA-da nə ixtira olunur?
... yaxud elm və təhsilə ayrılan dövlət büdcəsinin qaymağını sümürən AMEA-da nə ixtira olunur?
Ölkənin aparıcı riyaziyyat institutu elmi mübahisədən niyə çəkilib?
Və ya AMEA-nın Qafqazşünaslıq İnstitutu niyə ləğv edilir?
Yazılarımızın ilk oxucuları özümüzdük
Bütün məlumatlar sistemə daxil olacaq
Universitetlər hansı elmi institutların onlara birləşdiriləcəyini səbirsizliklə gözləyir
... Yaxud çörəyə bais olmaq fəlsəfəsi
Akademiya struktur kimi ləğv olunub İnstitutlar müstəqil fəaliyyət göstərməlidir
Arif Babayevin gözəl nitqi, güclü riyazi məntiqi və yüksək mədəniyyəti vardı
Genetika mövzusunda müzakirəyə beynəlxalq münasibətlər məzunu çıxırsa, ...
Azərbaycan Milli Elmlər Akademiyasının 40 yaşlı qurucusu
Azərbaycan elminin aqibəti: necə olacaq?
Ramiz Mehdiyev: “Sağlamlığımda heç bir problem yoxdur, özümü ...”
Adının AMEA prezidentliyinə hallandırılmasına İsa Həbibbəylidən sərt reaksiya
İsa Həbibbəyli: “Öncəgörmə ilə məşğul deyiləm”
Ramiz Mehdiyevlə bağlı son dəqiqə açıqlaması
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun azad həmkarlar ittifaqının növbəti iclası keçirilib.
AMEA-dan AzVision.az-a verilən məlumata görə, tədbirdə AMEA azad həmkarlar ittifaqının sədri, professor İsa Alıyev akademiyanın rəyasət heyəti ilə imzalanmış kollektiv sazişdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görüləcək işlər haqqında məlumat verib. İ. Alıyev qurumun fəaliyyətinin daha yüksək səviyyədə təşkili üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Ölkə rəhbərliyi tərəfindən akademiyaya göstərilən diqqət və qayğıdan danışan AMEA rəyasət heyəti mərkəzi aparatının işlər idarəsinin sədr müavini Sərdar Əliyev AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının təmiri, akademiya şəhərciyində Mərkəzi Kitabxana və «Azərbaycan Milli Ensiklopediyası» Elmi Mərkəzinin istifadəyə verilməsinin buna bariz nümunə olduğunu söyləyib.
S. Əliyev akademiya əməkdaşlarının mənzil-məişət problemlərinin həlli məsələsinə də toxunub. O, bu məqsədlə kooperativ binaların tikilməsi üçün güzəştli ipoteka kreditlərinin alınmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Tədbirdə Coğrafiya İnstitutunun həmkarlar təşkilatının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev və başqaları çıxış edərək öz təklif və tövsiyələrini bildirib.