
Tıxaclara qarşı tədbirlər planı
Yeni Dövlət Proqramı Bakıda sıxlığı azaldacaqmı?
Yeni Dövlət Proqramı Bakıda sıxlığı azaldacaqmı?
Bənövşəyi xətt Xocahəsəndən Qaraçuxuradək uzanacaq
Hər ay bir qatar dəyişəcək
Bakı metropoliteninə əvvəlkilərdən 2-3 dəfə güclü 7 yeni ventilyator gətirilir
.. Yaxud yeraltında bizi hansı təhlükə gözləyir?
Tüstü burulğanında yaranan siyasət
Siqaret və sulu qəlyan qadağası ilə bağlı qanun qəbul olundu
Mənəvi-əxlaqi dəyərlərimizin qorunması
Metroda təhlükəsizlik qaydaları sərtləşdirilir
Qatarların hərəkət intervalı gur saatlarda 2 dəqiqəyə endiriləcək
Hiyləgər ağsaqqalla artist gəncin dastanı
Sərnişinlərdən xahiş olunur ki, gedəcəkləri marşrutu əvvəlcədən daha dəqiq müəyyən etsinlər
10 aylıq...
Metropoliten yollarının keyfiyyətində yeni standart
Analoqlarından da fərqli vaqonlar daha geniş, qapılar isə enli olacaq
Nəsimi Paşayev: «Qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməmişik»
Bakı Metropoliteninin xətlərinin konseptual inkişaf sxeminə uyğun olaraq «Bənövşəyi xətt» üzrə tikilən yeni «Avtovağzal» və «Memar Əcəmi-2» stansiyasında tikinti işləri yekunlaşmaq üzrədir». Bunu APA TV-yə «Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, gələcəkdə bu xəttin də davamı olaraq paytaxtın «Papanin» adlanan ərazisində yeni metro stansiya tikiləcək. Eyni zamanda şəhər istiqamətində uzanaraq Xətai və Keşlədən keçməklə Bakıxanov qəsəbəsinədək gedəcək: ««Bənövşəyi xətt»in davamı olaraq «Papanin»də və Heydər Əliyev adına İdman Kompleksinin yaxınlığında yeni bir stansiyanın tikintisinə başlanılıb. «Bənövşəyi xətt»ə «Avtovağzal», «Memar Əcəmi» «Papanin» və yeni tikintisinə başlanılan stansiyalar daxildir. Hələ ki bu adlar şərtidir. Hazırda B-1, B-2, B-3, B-4 adlandırılır».
Nəsimi Paşayev deyib ki, yaxın gələcəkdə «Dərnəgül» və «Xətai» stansiyaları arasında yeni xətt açılacaq və bu, «Yaşıl xətt» adlandırılacaq. Eyni zamanda «Dərnəgül»dən «Xətai»yə qədər uzanan «Yaşıl xətt»in davamı olaraq yeni xətt «Xətai»dən «Həzi Aslanov» stansiyasınadək olan ərazini əhatə edəcək və əsasən Nobel prospekti boyunca uzanacaq. «Xətai» stansiyasından sonra «Ağ şəhər»də, indiki Neft Emalı Zavodunun qarşısında yeni stansiya tikiləcək. Bu stansiya isə «Həzi Aslanov - 2» adlanacaq.