
Dar çərçivədən çıxacaq...
Qazilərin əlilliyinin qiymətləndirilməsinə dair meyarlar gələn aydan dəyişir
Qazilərin əlilliyinin qiymətləndirilməsinə dair meyarlar gələn aydan dəyişir
Avtoqəzada ayağını itirənlə müharibədə şikəst olanlar arasında fərq qoyulmur
Şəhid generalın anasından Sahil Babayevə sərt sözlər
Onlar bunu ömürlərinin sonuna qədər haqq ediblər
ƏƏSMN Aparat rəhbərinin 2 milyonluq əmlakı üzə çıxıb
Müharibədə iştirak edənlərə şad xəbər
Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi, Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti, ...
Nazirlik sahibkarları hədələdi, martın 1-dək vaxt verdi
Mərkəzlərdə “bir pəncərə” xidmətləri də təqdim olunacaq
İlham Əliyev vətəndaşlara xidmət üzrə daha bır innovasiya agentliyi yaradır
“Süründürməçiliyə, vətəndaşlarla kobud münasibətə son qoyulmalıdır!”
Səlim Müslümova şok ittiham
Sahil Babayev vəzifəli şəxsləri işdən çıxarıb
Əsasən görüşlər keçirilir, yeni təyinatlar edilir
Sahil Babayev vətəndaş narazılığı və əlillərlə bağlı işçi qrupu yaratdı
Nazirlik rəsmi açıqlama yaydı
3-4 il ərzində bu ilin birinci yarısına kimi növbədə dayanan 5731 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailələri mənzillə təmin olunacaq.
ANS TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən artıq bütün hesablamalar aparılıb və prosesə start verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün həmçinin gənclərin işsizlik problemini həll etmək üçün yeni layihəni təqdim edib. Proqram ilk dəfə iş axtaran ali təhsilli gənclərə bir sıra üstünlüklər vəd edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni pilot layihənin yerinə yetirilməsinə başlayıb. Layihəyə görə ilk dəfə özünə iş tapan ali təhsilli gənc onu işə götürən müəssisədən maaşın əlli faizini alacaq. Məvacibin qalan əlli faizini isə dövlət öz üzərinə götürür. Bu layihənin əsas məqsədi işə götürənləri məhz təcrübəsi olmayan, amma böyük potensiala malik gənclərin işə götürülməsini təmin etməkdir.
Hələlik bu pilot layihə olaraq yalnız Bakı şəhərində yaşayan 15 gəncə tətbiq olunacaq. Amma yenilik bununla bitməyəcək, çünki bu, layihənin sadəcə bir komponentidir. Hökumət, həmçinin yaxın zamanlarda layihənin ikinci komponentini də təcrübədən keçirməyə başlayacaq. Bu layihə isə ali təhsilli gənclərə öz biznesini qurmaq üçün birdəfəlik pul ödənişinin edilməsini nəzərdə tutur. Bu, onlara müstəqil sahibkar kimi fəaliyyət göstərməyə imkan verəcək.