
Hansı halda rüsum və ƏDV-dən azad edilir?
7 illik vergi güzəştləri mövcuddur, amma ...
7 illik vergi güzəştləri mövcuddur, amma ...
Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 11,3 faiz artaraq, ...
Amma idxal qiymətlərində də ciddi artım var
Nazir “Qarabağ”ın mərhələ keçməsini sosial şəbəkə səhifəsində təbrik etdi
4 ölkə dil tapsa da, İran dirəniş göstərir
2022-nin ilk rübündə ötən ilə nisbətdə 50 faiz artım var
İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədə bu barədə iki tvit atıb
Mikayıl Cabbarov: “Çatışmazlıqlar və hədəflər var”
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
“Sənəd tezliklə qəbul olunacaq”
Topdansatıcılar, marketlər və klinikaların gizlətdiyi dodaq uçuqladan vergi məbləği - 1.3 milyard
Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”
Nazir: “Azərbaycan qeyri-xammal sektorunun inkişafında İsrailin təcrübəsi ilə maraqlanır”
Vergilər Nazirliyi idxalçıların qanunvericiliyə əməl olunmasında və vergi ödənilməsində yanlışlıq istəmir
Korrupsiyanı aradan qaldırmaq üçün nələr ediləcək...?
Vergilər Nazirliyi işçi yığmağa başladı – ingilis dilini bilənlərə üstünlük veriləcək
Azərbaycanda bir sıra ali təhsil ocaqları və kolleclərin bağlanacağı gözlənilir. Belə ki, Mikayıl Cabbarov yeni təhsil naziri təyin olunduqdan sonra ölkənin dövlət və özəl təhsil ocaqları ilə bağlı ciddi araşdırmalara başlanılıb. Təhsil Nazirliyindəki mənbədən Modern.az-a verilən məlumata görə, Azərbaycanın bütün bölgələrdəki ali təhsil ocaqlarının və kolleclərin fəaliyyəti ciddi nəzarətə alınıb və artıq bəzi müəssisələrdə yoxlamalar da aparılır. Hətta bir sıra ali təhsil ocaqlarında aparılan yoxlamalar nəticəsində onların bağlanılması məsələsinin gündəmə gəldiyi bildirilir. Mənbənin verdiyi məlumata görə, bağlanılması gözlənilən ali təhsil ocaqları əsasən bölgələrdə yerləşən institutlar və ya universitetlərin filialları ola bilər.
Azərbaycan Müəllimlər İnstitutunun bir sıra bölgələrdəki filiallarının, Lənkəranda, Gəncədə, o cümlədən şimal bölgəsində olan bir sıra təhsil ocaqlarının bağlanması ehtimal olunur.
Təhsil Nazirliyindəki mənbə həmin təhsil ocaqlarının hansı səbəbdən bağlanması məsələsinin aktuallaşdığına da aydınlıq gətirib. Belə ki, aparılan araşdırmalardan sonra həmin ali təhsil müəssisələrinin təyinatının başa düşülmədiyi, onların nə iş gördükləri və kadrları necə yetişdirdiklərinin bəlli olmadığı qeyd edilib.
Təhsil eksperti Şahlar Əsgərov da Təhsil Nazirliyinin bu qərarını alqışlayır. O bildirib ki, əgər ali təhsil müəssisələrinin və kolleclərin təyinatı başa düşülmürsə, onların nə iş gördükləri və kadrları necə yetişdirdikləri bəlli olmursa, həmin müəssisələr hökmən bağlanmalıdır.
“Ya onların qarşısına aydın məqsəd qoyulmalıdır, ya da məqsədsiz yaradılıbsa, ölçü götürülməlidir. Bağlanmaq çox ağır ölçüdür. Bəzilərinə özlərinə düzəltmək üçün vaxt verilməlidir. Əgər yoxlamalar göstərirsə ki, dövlətimiz, millətimiz üçün bu təhsil ocağı heç nə vəd eləmir və təhsil müəssisəsi adı altında başqa işlər görülür, əlbəttə o institut, kollec bağlanılmalıdır. Və mən bu qərarı alqışlayıram”.