
Toplanan pulların aqibəti bilinmir
MTK-ların hökmranlığı nə vaxt bitəcək?
MTK-ların hökmranlığı nə vaxt bitəcək?
MTK sahibi internet operator qarşısında öhdəlik götürür...
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
Uşaq yaradıcılıq müsabiqəsi
Təhsil Nazirliyinin rəsmisi müəllimlərin imtahanındakı texniki problemlərdən danışıb
Bunun sonrası necə olacaq?
Görün 300-500 manat ödəmədən uşağınızı bağçaya qoya bilirsinizmi?
İlham Əliyev və Mehriban Əliyeva Müasir Təhsil Kompleksinin binasının təmirdən sonrakı açılışında
Prezident sərəncam imzaladı
Sənəd qəbulu ilə bağlı ən çox verilən 5 suala cavab
Təhsil işçilərinə üçün binanın tikintisinə start verildi
Mikayıl Cabbarov köhnə komandasını özü ilə apardı
Birinci vitse-prezidentin köməkçisinin Təhsil Nazirliyinin rəhbərliyinə gətirildiyi deyilir
Müəlliməyə intim təklif etdiyi deyilən direktor danışdı
Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi (MTK) keçən tədris ilində Təhsil Nazirliyinin keçirdiyi respublika fənn olimpiadalarının yekun turunda riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə I və II yer tutmuş şagirdlərin müsabiqə yolu ilə ödənişsiz qəbul edir. 2001-2014-cü illər ərzində məktəbin 350-yə yaxın məzunu olub.
Məzunlar, bir qayda olaraq, yüksək nəticələrlə respublikamızın və xarici ölkələrin nüfuzlu ali məktəblərinə daxil olublar. Məzunlardan 8 nəfəri qəbul imtahanlarında yüksək nəticə göstərdiklərinə görə «Prezident təqaüdünə» layiq görülüb. Son üç il ərzində məktəb məzunlarından 19 nəfər qızıl və 1 nəfər gümüş medala layiq görülüblər. Məktəbin şagirdləri dəfələrlə beynəlxalq və yerli fənn olimpiadalarının, müxtəlif idman yarışlarının, müsabiqə və oyunların qalibi olublar. Beynəlxalq olimpiadalarda 12 qızıl, 12 gümüş, 6 bürünc medal, respublika fənn olimpiadalarında 16 qızıl, 19 gümüş, 17 bürünc medal qazanılıb.
Vaxt.az xüsusi olaraq vurğulayır ki, ötən il 7 məzun məktəbi qızıl medalla bitirib. Onlardan biri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev idi. Həmin medalçılardan 5-i Azərbaycan Diplomatik Akademiyasına, 2 nəfər isə Tibb Universitetinə daxil olub. Ümumiyyətlə, MTK həmin tədris ilində ali məktəblərə qəbulda 95 faiz nəticə göstərərək ölkə üzrə rekorda imza atıb.
Bu il isə may ayının 3-də Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş «Məktəblilərin VII İntellekt Olimpiadası» keçirilib. Müasir Təhsil Kompleksi həmin yarışmada ən yüksək nəticə göstərib və mütləq birinci yerin sahib olub.
MTK uşaqlarının gələcəyini düşünən, onların bilikli, savadlı olmalarını istəyən valideynlərin arzuladığı təhsil müəssisəsidir. Maraqlananlar www.mtk.edu.az internet səhifəsindən məlumat əldə edə bilərlər.