vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
CƏMİYYƏT  
Mehman Əliyev sözünü geri götürdü... 18:21 | 17 iyul 2014 | Cümə axşamı Məqaləyə 3124 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mehman Əliyev sözünü geri götürdü...

... Yoxsa «Azadlıq» ağlınagələni yazıb?

Fatimə KƏRİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Turan» agentliyinin direktoru Mehman Əliyev «ASAN xidmət» haqqında dediyi sözləri geri götürüb. AzVision.az-a açıqlamasında o, bildirib ki, bu şirkətin USAİD-in layihəsi olduğu haqda heç bir fikir səsləndirməyib.

- ASAN Xidmət ilk növbədə mənimlə əlaqə saxlamalı və məndən soruşmalı idi ki, sən nə demisən? Kimsə mənim adımdan söz deyəcək və onlar da buna münasibət bildirəcəklər? Mən deməmişəm ki, «ASAN xidmət»i USAİD maliyyələşdirir. Mən USAİD haqqında danışmışam və demişəm ki, USAİD daha çox hökumət yönümlü layihələrlə işləyir və hökumətin yönəltdiyi layihələri maliyyələşdirir,- deyə Mehman Əliyev AzVision.az-a bildirib. 

Qeyd edək ki, «Azadlıq» qəzetinin yazdığına görə, Mehman Əliyev ASAN Xidmətin USAİD-in layihəsi olduğunu bildirib: «...Azərbaycanda «Asan xidmət» yaradılıb və insanlar bundan razıdır. Ancaq «Asan xidmət» Azərbaycan hökumətinin təşəbbüsü deyil, bu, USAİD-in qrant layihəsidir. Bu kimi nümunələr çoxdur...» 

Bu sözlərdən sonra ASAN Xidmət Mehman Əliyevin üzr istəməsini tələb edib.