
Rahiblər monastırı basdı
Baş yepiskopun həyatı təhlükədə
Baş yepiskopun həyatı təhlükədə
Rus və farsların Zəngəzur dəhlizi təlaşına yunanların Türkiyə əndişəsi də əlavə olunur...
“Elgin Mərmərləri” mübahisəsi yenidən qızışdı
Meşənin alovlanması səbəbindən 2 kənd boşaldılıb
Yunanıstanın cənnəti cəhənnəmə döndü
Evlər və hotellər boşaldılıb
Mübahisə edən məhbuslar çarpayıya od vurdular
Yunanıstan baş naziri bacarıqsızlığını etiraf etdi
Bu ölkədə tətil planlaşdıranlar ehtiyatlı olmalıdır
Alman hərbi maşınları 3-cü dəfə eyni yerdə yandırılıb
Adalar risk altındadır
Neft razılaşması Yunanıstanda panika yaratdı
Fövqəladə vəziyyət elan edildi, ada boşaldıldı
Avtomobillər üçüm ən bahalı çimərlik dayanacağı 50 avrodur
İçməli suda uran tapılıb
Yunanıstanda deputatının evinin önündə partlayış
Yüzə yaxın Azərbaycan vətəndaşı Türkiyə-Yunanıstan sərhədində yerləşən İpsala sərhəd-keçid məntəqəsində çıxılmaz vəziyyətə düşüb. Yaxın qohumlarının ANS PRESS-ə verdiyi məlumata görə, bunlar əsasən Almaniyadan işlənmiş avtomobillər gətirən maşın alverçiləridir.
"Türkiyə tərəfi gözlənilmədən hər avtomobil üçün 600 avro torpaqbasdı rüsumu tələb etməyə başlayıb. Əgər avtomobilin içərisində yük varsa 600 avro da ona istəyir. Maşın alverçilərinin heç birində bu qədər pul yoxdur, çünki üstlərində əvvəlcədən bunun üçün pul saxlamayıblar. Əksəriyyətinin pulu yoxdur, yalnız İstanbulda tanışları olanlar onlardan borc alaraq vəziyyətdən çıxa bilirlər",- deyə yaxın qohumu İpsalada ilişib qalmış Tahirə Hüseynova ANS PRESS-ə bildirib.
İtaliya-Yunanıstan bərəsi ilə yeni dəstə maşın alverçilərinin gəlməsi vəziyyəti bir qədər gərginləşdirir. Sərhədi keçə bilməyən alverçilərin gecələmək və qidalanmaqla bağlı da problemləri yaranıb.
Qeyd edək ki, azərbaycanlı maşın alverçiləri işlənmiş avtomobilləri əsasən Almaniyadan gətirirlər, ən kəsə yol kimi İtaliya - Yunanıstan - Türkiyə - Gürcüstan yolunu seçirlər. Bu, həm də ən təhlükəsiz marşrutdur. Alternativ marşrut olan Şərqi Avropa yolu daha çox ölkədən keçir, həm yolları narahatdır.