
“Müəyyən addımlar atılıb”
Jurnalistə bıçaqla hücuma görə cinayət işi başlanıb
Jurnalistə bıçaqla hücuma görə cinayət işi başlanıb
DYP rəsmi məlumat yaydı
Yenə yüksək sürət faciəsi - 2 ölü, 2 yaralı
İyunun 7-dən polis belə avtomobillərə protokol və cərimə yazılacaq
«Beşmərtəbə»də avtomobillərin hərəkəti köhnə qaydaya qaytarıldı
Xiyabanda kameralar quraşdırılıb
İlham Əliyev Həsən Şirinovu öz kortejindən çıxardı
İkinci «Muray» hadisələrinin baş verməsinin qarşısı alındı
Ramil Usubov DİN-də geniş kollegiya iclası başlayıb
Bakıda 6 ay ərzində 54 avtobus qəzası olub; yaralananların sayı ölənlərdən 4 dəfə çoxdur
«Jeep Wrangler»i polisin əlindən alan «angel»in kimliyi maraqlıdır
... Sərt cəza ilə bitdi
BŞDYPİ-nin «kardinalı» vuruldu, rəis müavinindən sonra növbə kimindir?
Yol polisi reydlərə başladı
Nəqliyyat Nazirliyi avtobuslarının sərnişinlərinə kaskadyor sertifikatı paylanmalıdır
Ağalar İdrisoğlu və «LNS» şəbəkəsinin rəhbərləri barədə cinayət işi başlandı
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində (BŞDYPİ) kadr dəyişikliyi olub.
Aznews.az-ın məlumatına görə, idarə rəisi, polis polkovniki Nuşirəvan Səfərov özünə ikinci müavin təyin edib. Belə ki, idarənin şöbə rəisi vəzifəsində çalışan Eyvaz Şahverdiyev bundan sonra müavin kimi çalışacaq. Qeyd edək ki, BŞDYP rəisinin ikinci müavini Rəşadət Babayev yol-patrul xidməti alayının komandiri təyin olunandan sonra bu vəzifə boş qalmışdı.
Nuşirəvan Səfərovun digər bir əmri ilə 3-cü tağımın komandiri Mayıl Yusifov Eyvaz Şahverdiyevin yerinə təyinat alıb. 3-cü tağıma da yeni rəhbər gətirilib. Bu vəzifəni bundan sonra 8-ci tağımın inspektoru Füzuli Əsədov icra edəcək.
Qeyd edək ki, Eyvaz Şahverdiyevin müavin statuslu yerinə təyinat alan Mayıl Yusifov Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general Həsən Şirinovun kadrı kimi tanınır. H.Şirinov BŞDYPİ-nin rəisi işlədiyi vaxtda Mayıl Yusifov onun sürücüsü olub.
Onu da bildirək ki, son günlər Həsən Şirinovun işində verdiyi ciddi nöqsanlara görə, cəzalandırılması barədə xəbərlər yayılıb.