87 min manatlıq dələduzluq
“Şərikli biznes” oyunu ifşa olundu
18:56 | 2 sentyabr 2014 | Çərşənbə axşamı
Məqaləyə 3588 dəfə baxılıb
Şriftin ölçüsü
“Şərikli biznes” oyunu ifşa olundu
Azərbaycandan 3 dəfə daha uzaqda yerləşən İndoneziyanın zəvvarları 2 dəfə az ödəyir
Biz nəinki maddi, mənəvi-estetik ehtiyaclarımızı da başqalarından ixrac edirik
Kibercinayətkarlıq statistikası niyə dayandırıldı?
İdarəçilikdə qüsurlar, ədalətsizliklər olanda inqilablar baş verir
Eşq və ilahi yolçuluq simvolu
Dinə abır, həya anlayışı müqəddəs mətnlərin dilindən gəlir
Vətəndaşa “ehtiyatlı ol” dedikcə, DİN-in əməliyyat qurumları çalışırd
Peşəkar kadr potensialının formalaşdırılması diqqətdə saxlanılır
Böyük iqtisadiyyat özünü sorğulayan filosof yetişdirir, kiçik isə onu sorğulamayan din xadimi
Allah olmaq istəyinə düşmək günahına salma məni
... yaxud Quran müsəlmanlığı haqqında bir neçə qeyd
... Yaxud riyakar “konyunkturşiklər” haqqında
Böyük mədəniyyət tənəzzülə uğradan fətva
Belə davam etsə, İslam 10 il sonra ən çox sitayiş olunan din olacaq
Kiminə çətindir, kiminə asan
«20 yanvar» şəhidləri İlham və Fərizə Allahverdiyevlərin ailəsi paytaxt polisinə çağırılıb. Bu barədə mətbuata İ.Allahverdiyevin qardaşı Elxan məlumat verib. «Dünən daxili işlər naziri Ramil Usubovun göstərişi ilə ailə üzvlərimizi Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət etmişdilər. Görüş zamanı məlumat verildi ki, hazırda Şəhidlər Xiyabanındakı rüsvayçı hadisə ilə bağlı istintaq gedir. Təhqiqatın gedişi haqqında hər iki şəhid ailəsinə məlumat veriləcək. İdarə rəhbərliyi bildirdi ki, şəhid qəbirləri üzərində təhqiramiz hərəkətlər dövlətimizə atılan çamurdur və bunu edəni tapıb cəzalandırmaq DİN əməkdaşları üçün şərəf məsələsidir».
«Trend» agentliyinin DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova istinadən məlumat yaydığı məlumata görə, Şəhidlər xiyabanında Daxili İşlər Nazirliyinin müşahidə kameraları quraşdırılıb.
E.Zahidov bildirib ki, bu addım gələcəkdə
belə halların qarşısının alınması, eləcə də qeyd olunan əraziyə mütəmadi
nəzarətin həyata keçirilməsi üçün atılıb.
Qeyd edək ki, avqustun 21-dən 22-nə keçən gecə paytaxtda Şəhidlər Xiyabanında
qəbirlər üzərində təhqiredici hərəkətlər törədilib. Məzarları təhqir edilmiş
İlham və Fərizə Allahverdiyevlərin valideynləri - anaları Ofeliya
İbrahimova və Bağda Nəbiyeva bir neçə gün öncə Prezident İlham
Əliyevə müraciət ünvanlayıblar.
Bundan başqa «20 yanvar» Cəmiyyəti də
Şəhidlər Xiyabanında məzarların təhqir edilməsinə etiraz əlaməti olaraq daxili
işlər naziri Ramil Usubov və milli təhlükəsizlik naziri Eldar
Mahmudova müraciət edib.
Hazırda Bakı Şəhər Prokurorluğunda məlum faktla bağlı cinayət işi açılıb, təqsirkarın
müəyyən edilərək cəzalandırılması istiqamətində tədbirlər davam edir.