
Hərbçimizi cərəyan vurub
Hərbi Prokurorluqda cinayət işi açılıb
Hərbi Prokurorluqda cinayət işi açılıb
Hərbu qulluqçular ağır xəstəlikdən əziyyət çəkirdi
Daha bir sabiq idarə rəisi həbs edilib
Polkovnik Qurbanov mənimsəmədə ittiham olunur
“Bu gün DTX ordudakı fırıldaqları ifşa etməklə Azərbaycan xalqına yeni töhfə vermiş oldu”
4 yüksək rütbəli zabit həbs edildi
“Tərtər işi” üzrə 281 zərərçəkmiş müəyyən edildi, 4 nəfər həbs olundu
Yaxud generalların pul oyunu
General-polkovnik nazirimizin səfərində iki hədəf
Zakir Həsənov İsraildə Azərbaycanın Milli Qəhrəmanının ailəsi ilə görüşdü
General-polkovnik Zakir Həsənov ilkə imza atdı
General Zakir Həsənov Moskvada jurnalistlərə danışdı
İrəvanın ermənilər üzərində qurduğu duman dağılır
Ekspertlərin fikrincə, Zakir Həsənov sərrast şəkildə lazımi hədəflərə toxunub
Zakir Həsənov: «Düşmənin uzun illər boyu möhkəmləndirdiyi müdafiə xəttini biz cəmi 40 dəqiqəyə yardıq»
Zakir Həsənov: «Ermənilər bilir ki, kənardan müdaxilə olmasa, ...»
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində monitorinq keçiriblər.
Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, bir müddət əvvəl Hərbi Polis İdarəsinə yeni rəis təyin olunub: «Hərbi Polis İdarəsinin yeni rəisi, polkovnik-leytenant Azad Ağayevlə görüşüb, söhbət elədik. Hazırda Hərbi Polis İdarəsinin haupvaxtında 8 əsgər saxlanılır. Onların saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı. Gün ərzində üç dəfə yeməklə təmin olunurlar, havaya çıxarılırlar. İşgəncə və qeyri-insani rəftarla bağlı faktlar aşkar olunmadı». E. Behbudov bildirib ki, müdafiə naziri Zakir Həsənov zabit və gizirlərin inzibati qaydada həbs olunmalarının ləğv olunması barədə sərəncam verib:
«Mənə bildirdilər ki, nazir Zakir Həsənov zabit və gizirlərin inzibati qaydada həbs olunmaları barədə qərarı ləğv edib. Yəni zabit və gizirlər inzibati qaydada həbs olunmayacaqlar. Lakin hansısa bir cinayət faktı aşkar olunsa, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Eyni zamanda Zakir Həsənov post-patrul xidmət əməkdaşları tərəfindən əsgərlərin yerli-yersiz həbs olunmamaları barədə də göstəriş verib.
Bəzən məzuniyyətə gələn əsgəri tutub aparırdılar və müəyyən problemlər yaranırdı. Bundan sonra belə hallar baş verməyəcək. Mən bir hüquq müdafiəçisi kimi bu qərarları dəstəkləyirəm.
Onu da qeyd edim ki, Zakir Həsənov müdafiə naziri təyin olunandan bizim komitəyə hərbi hissələrlə bağlı heç bir şikayət daxil olmayıb. Ancaq əvvəllər belə şikayətlər çox olurdu».