
Sərəncamdan üç ay keçdi
Üç milyondan artıq vətəndaşın gözlədiyi artım
Üç milyondan artıq vətəndaşın gözlədiyi artım
Rəsmi təkliflər bu həftə təqdim ediləcək
Birdəfəlik 1200 manat, aylıq 250 manat ödəniləcək şəxslər müəyyənləşdi
Mənzil alanda faizin geri qaytarılması şərtləri necədir?
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
Əli Əsədov fərman imzaladı
Vacib məsələ həll olundu, qaldı – tərcümə, termin, oxucu azlığı və istəksizliyi problemi
ƏDV-dən azad olunan çap məhsulları
Konseptual sənədlərin layihələrini kim gecikdirir?
Ödənişli istifadə qaydaları ilə bağlı yeni qərara sözardı...
Alkoqol və tütün məhsullarının idxalı qanunu dəyişir - 2 dəfə azaldıldı
“Əyalət padşahları” kresloya “əlvida” deyəcək
Köhnələrdən şikayətləri araşdırmağa gedirlər
Milli Məclisin daha bir neçə deputatına yüksək vəzifə verilə bilər
Muxtar Babayevin anası haqda maraqlı faktlar
MDU-nun məzunu, MM-in üzvü, ...
Azərbaycanda əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə, tikinti materiallarının qiymət və keyfiyyətinə nəzarət gücləndiriləcək.
ANS-in Nazirlər Kabinetinə istinadən məlumata görə, bütün bunlar Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə qeyd olunub.
Sənəddə qeyd olunub ki, müəssisə və təşkilatların vəsaiti hesabına tikilmiş mənzil sahəsinin işçilər arasında bölüşdürülməsi (paylanması) haqqında nümunəvi qaydalar hazırlanıb qəbul olunmalıdır.
Müəssisə və təşkilatların mənzilə ehtiyacı olan işçilərinin mənzillə təmin edilməsinin təşkili və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28-ci maddəsinə uyğun olaraq qəza vəziyyətində olan yaşayış sahələrinin (mənzillərin, binaların) mülkiyyətçi orqanları (nazirlik, komitə, birlik və digər) tərəfindən tədricən yararlı vəziyyətə gətirilməsi və burada yaşayanların təhlükəsizliyi təmin edilməlidir.
Bildirilib ki, eyni zamanda ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsinə nail olmaq və onun üzərində birgə nəzarət təşkil edilməlidir.