
Dar çərçivədən çıxacaq...
Qazilərin əlilliyinin qiymətləndirilməsinə dair meyarlar gələn aydan dəyişir
Qazilərin əlilliyinin qiymətləndirilməsinə dair meyarlar gələn aydan dəyişir
Avtoqəzada ayağını itirənlə müharibədə şikəst olanlar arasında fərq qoyulmur
Şəhid generalın anasından Sahil Babayevə sərt sözlər
Onlar bunu ömürlərinin sonuna qədər haqq ediblər
Müharibədə iştirak edənlərə şad xəbər
Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi, Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti, ...
Nazirlik sahibkarları hədələdi, martın 1-dək vaxt verdi
Mərkəzlərdə “bir pəncərə” xidmətləri də təqdim olunacaq
İlham Əliyev vətəndaşlara xidmət üzrə daha bır innovasiya agentliyi yaradır
“Süründürməçiliyə, vətəndaşlarla kobud münasibətə son qoyulmalıdır!”
Səlim Müslümova şok ittiham
Sahil Babayev vəzifəli şəxsləri işdən çıxarıb
Əsasən görüşlər keçirilir, yeni təyinatlar edilir
Sahil Babayev vətəndaş narazılığı və əlillərlə bağlı işçi qrupu yaratdı
Nazirlik rəsmi açıqlama yaydı
Sahil Babayev: “İlk növbədə ədalətlilik, şəffaflıq ...”
Bakı da daxil olmaqla bölgələrdə insan alveri qurbanları üçün sığınacaq evləri və sosial reabilitasiya mərkəzlərinin yaradılması nəzərdə tutulub. Bu barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında yayılıb.
Xəbərdə deyilir ki, insan alveri qurbanları üçün regionlarda sosial reabilitasiya, sosial xidmət və yardım mərkəzləri, sığınacaqlar yaradılacaq. Qurbanlara hüquqi, tibbi, psixoloji, sosial və digər yardımlar göstəriləcək.
Qeyd edək ki, prezidentin 24 iyul, 2014-cü il tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı»nın tədbirlər planı təsdiqlənib.
Tədbirlər planında insan alverinin qurbanı olma riskinin azaldılması məqsədilə həssas qrupa aid qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təkliflərin hazırlanması, «İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram»ın təkmilləşdirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, uşaq əməyinə dair beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin icrası üzrə tədbirlərin gücləndirilməsi, insan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə sosial cəhətdən həssas ailələrin və daimi yaşayış yerindən məhrum şəxslərin yerli icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata götürülməsi və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara yönəldilməsi təmin olunacaq.
Sənəddə əmək miqrasiyasına nəzarətin gücləndirilməsi, insan alverinin potensial qurbanlarının ictimai faydalı əməyə cəlb edilməsi, məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Dövlətin himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra insan alveri riski qrupuna daxil olmaması məqsədi ilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, sosial-məsləhət yardımı göstəriləcək. İnsan alveri və məcburi əmək qurbanlarının, o cümlədən insan alverinin qurbanı olan uşaqların, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər müəyyənləşdirilib.