
Ebola müalicəsində böyük irəliləyiş
Tədqiqat həmçinin dərmanın təsir mexanizmlərini də ortaya qoyur
Tədqiqat həmçinin dərmanın təsir mexanizmlərini də ortaya qoyur
Səhiyyə orqanlarında yenə yarasa əti həyəcan – bir həftədə 50-dən çox insan ödürüb
İnsan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb
İşçi qrupun üzvləri ilə razılaşdırılmış təkliflər təqdim olunacaq
4 müavin işdən çıxarıldı, 3-ünün yerinə təyinat var
Elxan Məmmədov öz ərizəsiylə getdiyini deyir
Nazir: “Zərifə xanım yüksək ixtisaslı səhiyyə kadrların hazırlanmasına böyük əmək sərf edib”
Səhiyyə Nazirliyinin rəsmi məlumatı
Azərbaycanda 20 mindən çox alkoqolik qeydə alınıb
Əczaçı həbs edildi, aptek müdiri axtarışa verildi
Bakının mərkəzində yeniyetmələrə narkotik satılırmış?
12 aya necə bilik əldə etmək olar?!
Adil Qeybulla: «Səhiyyə Nazirliyi icbari sığortanın tətbiqini tezləşdirməsə, ...»
Getdikcə kosmetik əməliyyatlara daha gənc qadınlar müraciət edirlər
Ekspertlər ilk növbədə şəffaflığın təmin olunmasını və ictimai inamın bərpa edilməsini vacib sayırlar
...Və ya qapı-qapı gəzən təhlükə
Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında Ebola virusu ilə bağlı «qaynar xətt» yaradılıb. Bu məlumatı virtualaz.org saytına stansiyanın direktor müavini Şaiq Qurbanov verib.
Ş.Qurbanov bildirdi ki, əhalinin məlumatlandırılması və xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxslərin aşkarlanması üçün tədbirlərin görülməsinə başlanılıb: «Əslində Ebola virusunun Azərbaycana keçmə ehtimalı yoxdur. Çünki Azərbaycanın xəstəliyin qeydə alındığı ölkələrlə əlaqəsi zəifdir. Ola bilər ki, o ölkələrdə Azərbaycanda bir-iki tələbə oxusun və ya turist gəlsin. Amma sərhəd-keçid məntəqələrində Karantin Müfəttişliyi tərəfindən nəzarət gücləndirilib. Ölkəyə gələnlərin hərarəti yoxlanılır, həkim nəzarəti edilir. Ölkəyə gələn xaricilərdə virus özünü 3 həftə ərzində büruzə verə bilər. Ona görə də Azərbaycana daxil olanlardan hər gün yaşadıqları ərazidəki poliklinikaya gedib həkim nəzarətindən keçmələri tələb olunur. Qaydalara görə, məsələn, vəba, taun və digər xəstəliklərin qeydə alındığı ölkələrdən gələnlər bu xəstəliyə görə nəzarətə götürülürlər. Ebola virusu ilə bağlı həyata keçirilən tədbirlər də profilaktik məqsəd daşıyır».
Ş.Qurbanov söylədi ki, artıq «qaynar xətt»ə zənglər başlayıb: «Virusla bağlı məlumatlar birtərəfli gedir, buna görə də insanlar təşviş içindədir. Zəng vurub hərarəti olduğunu, özlərini yaxşı hiss etmədiklərini deyirlər. Başa salırıq ki, xarici ölkələrə getməyən, xaricdən gələn xəstə insanlarla təmasda olmayanlar bu virusa yoluxa bilməzlər. Ebola və ya digər virusun qarşısını almaq üçün mətbuatın yardımı vacibdir. İnsanlar bilməlidir ki, küçədə bu virusa yoluxanlarla qarşılaşanlar bu virusa yoluxmaya bilər».
Direktor müavini əhaliyə şəxsi gigiyenik qaydalara riayət etmələrini məsləhət gördü: «Məsələn, vəba olduqca təhlükəli xəstəlik sayılır. Amma şəxsi gigiyena ilə bu xəstəliyə yoluxmamaq mümkündür. Ebola virusu da belədir. İnsanlar çiy su içməkdən çəkinməli, yemək yemədən əllərini yumalıdırlar. Amma virusla bağlı narahatçılığı olanlar günün istənilən saatında zəng edib əlavə məlumat ala bilərlər».
Qeyd edək ki, səhiyyə nazirinin müavini Abbas Vəlibəyov Ebola virusu ilə bağlı əmr imzalayıb.