
Rusiya hava sahəsi blokadada
Azərbaycan təyyarəsinin vurulmasından sonra təyyarə reysləri təhlükə altına düşüb
Azərbaycan təyyarəsinin vurulmasından sonra təyyarə reysləri təhlükə altına düşüb
Moskva vəziyyəti yoluna qoymaq əvəzinə girinc olub
... Yaxud qara məni basınca, mən qaranı basım
Rəsmilər qərarın bu gün üçün nəzərdə tutulduğunu deyir
Bakıdan Nyu-Yorka birbaşa uçuşlar dayandırılır
Fevralın sonuna kimi ...
Milli Qəhrəman Viktor Seryoginin anım günündə ona həsr edilmiş sənədli film təqdim olundu
İsrailin vitse-spikeri: “İkinci bir dövlət yoxdur ki, etibarlı və səmimi müttəfiq kimi qəbul edək”
Nazir: «Atılan addımlar davam etdiriləcək»
İstənilən halda sərnişinlərə cavabdeh aviaşirkətdir
Bakı aeroportu ac sərnişinlərə görə məsuliyyəti britaniyalıların üzərinə qoydu
Bakı aeroportunda Hindistan dövlət bankının eks-sədrinin başına gələnlər
Hava limanı 11 ayda 3,75 milyon sərnişinə xidmət göstərib
Cahangir Əsgərov «Sukhoi Superjet»i bəyəndi, amma «Boeing» aldı
«Azərbaycan Hava Yolları» beş «B787-8 Dreamliner», iki «B747-8F» təyyarəsinin alınması barədə razılığa gəlib
4 «Boeing 787 Dreamliner» və 2 «Boeing 747-8 F» ...
«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) «qara siyahı»sında 61 nəfərin adı var».
Bunu AzVision.az-a açıqlamasında AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli deyib.
Onun sözlərinə görə, «qara siyahı»da onlardan 50 nəfər azərbaycanlı, 11 nəfər isə xarici ölkə vətəndaşıdır:
«Xarici vətəndaşlardan 7-i Rusiya, 4-ü isə hər ölkədən bir nəfər olmaqla Ukrayna, Çin, İran və Gürcüstan vətəndaşlarıdır.
Qaydalara daha çox əməl etməyənlər isə yerli vətəndaşlardır. Cəzalandırılan 61 nəfər şəxsdən eləsi var ömrünün sonuna kimi AZAL ilə uçuş edə bilməz. Həmin şəxslərin sayı 11 nəfərdir. Onlardan 3 nəfər 6 aylıq, qalan 47 nəfər isə 1 illik cəzalandırılıb. Bunlar 2014-cü ilə aiddir və bir il davam edəcək».
Qeyd edək ki, sərnişinlər əsasən siqaret çəkmək, mobil telefonla danışmaq, təhlükəsizlik kəmərini bağlamadıqlarına görə, «qara siyahı»ya düşüblər. Adları siyahıya düşən şəxslər AZAL-ın reyslərilə uça bilməzlər. AZAL «arzuolunmaz sərnişinlər» siyahısını ictimaiyyətə açıqlamır. Bu yalnız sərnişinlərin özünə elan olunur. Bəzən tanınmış şəxslərdə bu siyahıya düşür.