
Tramp Hindistanı cəzalandırdı
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
Yeni Dehli Trampın əlavə tarif qərarını “təəssüf doğurucu” adlandırdı
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Tramp rus nefti aşiqi Modiyə təzyiqləri artırır
Hindistan təhdidlərə baxmayaraq Rusiyadan neft almağa davam edəcək
Tramp Hindistana qarşı 25 faizlik gömrük tarifi tətbiq edə bilər
Yaponiya qurtuldu, Hindistan isə nikbindir
Pakistan Hindistanın döyüş təyyarələrini necə vurdu?
ABŞ-lı senator Lindsi Qraham Rusiyadan neft alan Çin, Hindistan və Braziliyanı 100 faiz gömrük vergisi ilə hədələdi
Nəhəng tikili 167 milyard dollara başa gələcək
Tramp administrasiyası Hindistanı açıq dəstəkləyir?
Hindistanla Çin açıq fikir mübadiləsinə ehtiyac duyur
Hindistanda qapalı qalan reaktiv təyyarənin sirri nədir?
Zavodun fəaliyyəti 90 gün müddətinə dayandırılacaq
Hindistandakı qəza ilə bağlı araşdırma genişlənir
Son 10 ilin ən ölümcül qəzası ilə bağlı həqiqətlər ortaya çıxır
«The Daily Mail» qəzeti öz səhifələrində maraqlı təhqiqat materialı dərc edib. Məqalədə söhbət qadın salonlarında saçların uzadılması proseduru üçün xammalın haradan gəlməsindən gedir. Qəzet yazır ki, Britaniyanın gözəllik salonlarında saçların uzadılması üçün bir müştəridən 1000-1200 funt strelinq alırlar.
Bununla belə son illərdə Britaniyada saçlarını uzadan qadınların sayı 70 faiz artıb.
Çeril Fernandez Versinidən tutmuş Liz Harliyədək məşhurlar bu prosedurdan keçirlər.
«Britaniya dünyada insan saçının üçüncü ən böyük idxalçısıdır və ildə 43 milyon ton saç alır. Bu qədər saçı 3200 dəfə Yer kürəsinə dolamaq olar» - yazır qəzet.
Lakin çox az britaniyalı qadın tapılar ki, bu saçların haradan və ya daha dəhşətlisi - kimdən gəldiyini bilsin.
Saçlar haradan gəlir?
Bu sualın cavabını tapmaq üçün qəzetin müxbirləri cənubi Hindistana səfər ediblər.
Məlum olub ki. buradakı Yadaqiriqutta məbədində yoxsul qadınlar növbəyə dururlar ki, onların saçlarını qırxıb Allaha qurban versinlər.
Qəzet yazır ki, hind qadınları bir qayda olaraq saçlarına sintetik şampunla yumadığnıa və rəngli boya ilə boyamadığına görə, onların saçları qiymətli sayılır. Digər tərəfdən hindlilərin saçlarını sonradan istənilən rəngə salmaq, hətta sarışın etmək mümkündür. Saç ticarətində belə məhsul «bakirə saç» kimi tanınır. Bütün bunlara görə Hindistan dünyada insan saçının ən böyük ixracatçılarından biridir.
28 yaşlı Lavanya Kakala məbədin qarşısında saatlarla gözləyib. İndicə onun saclarını polad ülgüclə qırxacaqlar. Lavanya bunun müqabilində heç nə almayacaq və buna təbii baxır.
«Mən bunu ona görə edirəm ki, Tanrıma təşəkkür edim. Saçlarımın bundan sonra hara gedəcəyi məni narahat etmir. Qoy mənim saçlarım zibilliyə gedincə, hansısa qadının başında gözəlliyə çevrilsin» - deyə Lavanya bildirib.
«The Mail» yazır ki, hind ənənəsində saçların məbədlərə ehsan edilməsi qurbana bərabər tutulur. Bəzən gün ərzində bu məbəddə 50 min qadın başlarının qırxılması üçün növbəyə düzülür. Lakin narahatlıq doğuran budur ki, bura 5-6 yaşlı qız uşaqlarını da gətirirlər.
London Universitetində antropologiya professoru, «Saçların gizlinləri» kitabının müəllifi Emma Tarlo, deyir ki, dəfələrlə Hindistanın məbədlərinə baş çəkib və orada saçlarını ehsan etmək üçün növbəyə duran qadınları görüb.
Növbədəki qadınlardan biri ona deyib: «Saç qadının gözəlliyidir. Əgər qadın öz saçlarını Tanrıya qurban edirsə, deməli bu gözəllik birbaşa Tanrının özünə gedir».
10 kiloqram saça 100 manat
Lakin «The Mail» yazır ki, burada qırxılan saçlar Tanrının özünə yox, Asiya boyunca, ələlxüsus da Çindəki əldəqayırma fabriklərə gedir. Hər belə fabrikdə 350-dək qadın çalışır.
Saç emalı ağır işdir. Hər işçi gün ərzində bəzən 150 qram saç emal edir. Onlar saçları yuyur, darayır, qurudur və bürmələyirlər.
Lakin qram-qram emal olunan saçlar tədarükçülərə kiloqramla satılır. Alıcıların əksəriyyəti isə Birləşmiş Ştatlardandır.
Çindən gətirilən məhsul, ABŞ-dakı sexlərdə bir-birindən ayırırlar və qablaşdırıb Böyük Britaniya da daxil Avropanın bahalı salonlarına göndərirlər.
Tədarükçülərdən biri qəzetə deyib ki, onun istənilən vaxt Britaniyaya göndərmək üçün 10 kilo hazır «malı» var.
Qloriya Kinq adında bu qadın qeyd edib ki, saçları ona təhvil verənlər çox yoxsul adamlardır.
«Biz onlara 10 kiloqram saç üçün 45 funt sterlinq (təxminən 100 manat) veririk. Onlar bu pulla ailələrini 3 həftə yedizdirirlər» - deyə saç taciri bildirib. (BBC)