Öz kökü üstündə bitən ot
Ramiz Mehdiyevin atası da vətənə xəyanətdə şübhəli bilinirmiş
17:35 | 7 noyabr 2016 | Bazar ertəsi
Məqaləyə 2923 dəfə baxılıb
Şriftin ölçüsü
Ramiz Mehdiyevin atası da vətənə xəyanətdə şübhəli bilinirmiş
“Boz kardinal”a sitayiş edənlərin siyahısı
Prezident Ramiz Mehdiyevi yüksək qurumdan çıxardı
Ramiz Mehdiyevin ailə üzvlərinə məhdudiyyət qoyulub
“Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır”
Ramiz Mehdiyev ev həbsini məşhur “təxribat villası”nda çəkmirmiş
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub; cinayət işinin detalları
Qaldı “Yastı Salman”larla, “Lal Hüseynlər”
“Boz kardinal”ın daxildəki “Ohanyan xətti” necə darmadaöın edildi
Kommunist qafalıların müstəqilliyə patoloji nifrətləri olur
Hektarlarla torpaq, onlarla şirkət, yüzlərlə ev-mülk
Özünü “sürgündə olan Napoleon kimi” hiss edən Mehdiyev missiyasından əl çəkmədi
Ramiz Mehdiyev barəsində seçilən qərar barədə vəkil açıqlaması
Ramiz Mehdiyev YAP-dan çıxarılacaq
İqtidar və müxalifət eyni fikirdədir
YAP-dan Əli İnsanova sərt reaksiya
«Müxalifət «qış yuxusu»na gedib. Gözləyirlər növbəti dəfə hansısa seçki keçirilsin, onda ortaya düşəcəklər». Bunu «Trend»ə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, referendumdan əvvəl müxalifət xarici dairələrin və erməni lobbisinin tapşırıqlarını yerinə yetirirdi: «5-10 manat pul almışdılar və Azərbaycanın haqlı işinin əleyhinə qeyri-qanuni təbliğat, təşviqat apardılar. Çünki təşviqat qrupu yaratmamışdılar. İstədilər ki, ağaları fəaliyyətdə olduqlarını görsünlər. Bir-iki mitinq keçirdilər, ona da çox az sayda insan toplaşmışdı. Bunun nəticəsində verilən pulları bölüşdürdülər və «qış tətili»nə getdilər. O vaxt da demişdim ki, bunların fəaliyyəti mövsümidir».
S.Movruzov bildirib ki, müxalifətin sosial bazası, elektoratı yoxdur: «Mitinqə topladıqları da pul ilə yığdıqları adamlardır. 5-10 nəfər qohum-əqrəbalarından başqa, onları heç kim dəstəkləmir. Hətta bəzən qohum-əqrəbaları da onların əleyhinə çıxırlar. Çünki xalq bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatları, iqtidarın apardığı siyasəti görür, anlayır. Müxalifətin isə dediyi ancaq boş sözlər, mənasız fikirlər və 90-cı illərdən qalmış düşüncə tərzidir. Bu baxımdan da ətraflarında heç kim yoxdur. Bunlar hətta milli şura adlanan dərnəkdə bir yerə toplana bilmirlər».