
“Bazalarımızın ərazisini bizə verin”
Tramp dünyanın o başından da torpaq istəyir
Tramp dünyanın o başından da torpaq istəyir
Şimali Koreya sərhədində insident: “Əsgərlərimizə atəş açıldı”
Şimali Koreyalı keçmiş əsgərin son arzusu
Yaponiya və Cənubi Koreyada nüvə silahı müzakirələri; Trampın siyasətləri müttəfiqlərində narahatlıq doğurur
Günlərinin yarısını su altında keçirən “Haenyeo”lar
Şimali Koreyadan illər sonra ilk sülh addımı
Cənubi Koreya artan miqrant axınına qarşı inteqrasiya sürətləndirilir
Daha bir Şimali Koreyalı cənuba keçdi
ÜDM göstəriciləri gözləntiləri üstələdi
Cənubi Koreya rəsmiləri bu həftə danışıqlar üçün Vaşinqtona gedir
“Netflix” fenomenindəki qorxunc maskaların arxasında gizlənən simvollar və mümkün mənalar
“ABŞ-da istehsal edilərsə, heç bir tarif tətbiq edilməyəcək”
Naməlum şimali koreyalı saxlanılıb
Cənubi Koreya ilə Polşanı meqa tank müqaviləsi imzaladı
Şimala dəniz yolu ilə düyü və İncil göndərmək istəyiblər
Li Jae-myunq Cənubi Koreyanın yeni prezidenti oldu
Cənubi Koreyada bir neçə həftə bundan əvvəl başlayan geniş miqyaslı nümayişlərdə iştirak edənlərin sayı Seulda 1.5 milyonu və paytaxtdan kənarda olan bölgələrdə isə 500 mini keçib. Vaxt.az BBC-yə istinadən xəbər verir ki, paytaxt Seula 25 min polis qüvvələri yerləşdirilib.
Cənubi Koreyada bu geniş miqyaslı nümayişlər 1980-ci ildə baş verən demokratiya nümayişindən bəri ilk dəfədir müşahidə olunur. Koreya məhkəməsi Seulda nümayişlərin prezident sarayından 200 metr aralıda keçirilməsinə icazə verib. Nümayişlərin səbəbi prezident Parkın yaxın dostu Çoi Sun Linin korrupsiya ilə məşğul olmasıdır. Prezident Park media qarşısında dostunun etdiyi qanunsuz hərəkətinə görə xalqdan iki dəfə üzr istəyib. Korrupsiya skandalından sonra prezident Parkın xalq arasında inamını itirməmək üçün üzr istəsə də, onun reytinqi 5 faiz aşağı düşüb. Prezident Park çıxışlarında korrupsiya ilə bağlı aparılan istintaqla yaxın əməkdaşlıq edəcəyini söz verib. Çoi Sun Li bir sıra Cənubi Koreya şirkətlərindən zorla küllü miqdarda pul almasında və prezidentin adında sui-istifadə edərək qanunsuz ianələr əldə etməsində günahlandırılır.
Həmçinin Cənubi Koreyada nəhəng ferma qruplarından biri Koreya Kəndliləri Birliyinin üzvlərinin də qatılacağı gözlənilir. Koreya Ferma Birliyinin üzvləri prezident Park iqtisadi problemlər yaratmaqda günahlandırırlar. Ferma Birliyinin üzvləri yük maşınları və traktorlar ilə nümayişlərə qatılmağa cəhd göstərsə də, onların bu cəhdinin polis tərəfindən qarşısı alınıb.