Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
23:59 | 5 dekabr 2016 | Bazar ertəsi
Məqaləyə 1027 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Rusiyada keçirilmiş sorğunun nəticələrinə görə, rusların 56 faizi Sovet İttifaqının çökməsinə təəssüflənir, 51 faizinin fikrincə, ölkənin süqutunun qarşısını almaq olarmış.
Strateq.az bildirir ki, bu barədə Rusiyanın nüfuzlu “Levada” müstəqil sorğu mərkəzinin açıqladığı məlumatda qeyd olunub. Respondentlərin cəmi 29 faizi Sovet hökumətinin dağılmasının qaçılmaz proses olduğunu düşünür.
Sorğuda iştirak edənlərin 53 faizi deyib ki, Sovet İttifaqının süqutunun ən pis nəticəsi vahid iqtisadi sistemin dağılması olub. Respondentlərin 43 faizinin fikrincə, bu hadisə insanları böyük dövlətin vətəndaşı olmaq hissindən məhrum edib. Rəyi soruşulanların 3-də 1-i sonucda «hər yeri öz evi hesab etmək» hissini itirdiyini söyləyib. Respondentlərin 15 faizi səyahət etməyin, istirahətə getməyin çətinləşməsindən şikayətlənib.
Bərpasını istəyənlər azdır
Respondentlərin 29 faizi Sovet İttifaqının dağılmasında Yeltsin, Kravçuk və Şuşkeviçin imzaladığı Belovejsk sazişini, 23 faizi SSRİ-yə düşmən xarici qüvvələri günahlandırır.
Maraqlıdır ki, sorğuya qatılanların çoxu Sovet İttifaqının dağılmasına təəssüflənsə də, onun yenidən bərpasını arzu edənlərin sayı azdır. Respondentlərin cəmi 12 faizi əvvəlki ittifaqın bərpası arzusunu dilə gətirib. Rəyi soruşulanların 4-də 1-i isə yalnız bəzi respublikaların Rusiya ilə, həm də daha sıx şəkildə birləşməsinə tərəfdar olduğunu deyib. 21 faiz bütün keçmiş Sovet respublikalarının Avropa Birliyindəki kimi birləşməsinin daha yaxşı ola biləcəyini söyləyib. Sorğuda iştirak edənlərin 13 faizi bütün respublikaların müstəqilliyinə tərəf çıxıb.
Ukraynaya gəlincə, qurum Rusiya əhalisi arasında bu məsələyə marağın azaldığını müşahidə edib. «Levada» sorğu mərkəzinin araşdırmaları nəticəsində bəlli olub ki, rusların, az qala, yarısı – 44 faizi Ukraynada baş verənlərlə bir o qədər maraqlanmır, 26 faizini isə Ukrayna heç maraqlandırmır.
Ukraynayla çox da maraqlanan yoxdur
Respondentlərin 63 faizi düşünür ki, Ukraynanın müstəqilliyi, Kiyevlə Moskvanın münasibətlərinin yaxşılaşması Rusiyaya daha çox xeyir verə bilər. Digər tərəfdən, sorğuya qatılan rusların 64 faizi Ukraynanın Krım vilayətinin Rusiyaya ilhaqının ölkəyə xeyir gətirdiyini söyləyib. Əvvəl belə düşünənlərin sayı nisbətən az (2015-ci ildə 59 faiz) idi.
Sovet İttifaqının mövcudluğuna 1991-ci il dekabrın 8-də Rusiya, Ukrayna və Belarus liderlərinin Belovej bağladığı sazişlə son qoyulub. Saziş eyni zamanda Müstəqil Dövlətlər Birliyinin yaranmasını nəzərdə tuturdu. Azərbaycan ittifaqdan ayrıldığını və müstəqilliyini bundan iki ay öncə, oktyabrın 18-də elan edib.
«Levada» mərkəzi sorğunu həm kəndlərdə, həm də şəhərlərdə apardığını, yaşı 18-i keçmiş 1600 Rusiya vətəndaşına şəxsən sual verildiyini yazıb.