ABŞ–Rusiya “sülh” planı layihəsi ...
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
19:00 | 6 yanvar 2017 | Cümə
Məqaləyə 3144 dəfə baxılıb
Şriftin ölçüsü
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
2014-cü ilin sonu 2015-ci ilin əvvəllərindən etibarən dünyanı cənginə alan iqtisadi çətinliklər Azərbaycandan da yan keçmədi. Qonşu Rusiyada rublun sürətlə dəyərdən düşməsi də ölkəmizdəki proseslərə birbaşa olmasa da, dolayı yolla təsir etdi. Rusiyada çox sayda azərbaycanlı iş yerlərini itirərək, vətənə qayıtmaq məcburiyyətində qaldı. İqtisadçı Natiq Cəfərli də Modern.az-a açıqlamasında məhz bu məsələnin üzərində dayandı.
Rusiyadan qayıdanlar hesabına regionlarda işsizlərin sayı artıb
İqtisadçı deyir ki, 2014-cü ildən başlayan proses – Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin azalması ötən il də davam edib: «Rusiya tərəfindən açıqlanan rəsmi rəqəmlər də bunu sübut etdi. Rəsmi kanallarla pul köçürmələrdə 2014-cü ilə nisbətən 8 dəfəyədək azalmalar oldu. Bu da Azərbaycanda yaşayan ailələrə mənfi təsir göstərdi. Çünki onların sosial şəraitinin yaxşı olmasında, dolanışıqlarında həmin vəsait ciddi rol oynayırdı.
İkinci bir proses kimi Rusiyada iqtisadi çətinliklərdən dolayı bəzi azərbaycanlıların geri dönməsini qeyd etmək lazımdır. Əsasən də regionlarda bu prosesin şahidi olduq. Bir çox azərbaycanlılar Rusiyada itirdikləri işin əvəzini tapa bilmədikləri üçün geri dönməyə məcbur oldular. Bu da Azərbaycanda işsizlərin sayının artmasına səbəb oldu. Yəni Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa təsirləri yüksəkdir və bu gün də yüksək olaraq qalır. Orada baş verən proseslər bizdə həmən öz təsirini göstərir».
Rusiyadan Azərbaycana daxil olan vəsait 7 dəfə azalıb
N.Cəfərli qonşu ölkədən Azərbaycana daxil olan vəsaitin məbləği ilə bağlı aşağıdakı müqayisələri aparıb: «Təəssüf ki, bizdə Rusiyadan daxil olan vəsaitin məbləğilə bağlı rəsmi açıqlamalar yoxdur. Rusiyadan verilən açıqlamalarda bildirilir ki, Azərbaycana göndərilən vəsait 2014-cü illə müqayisədə ümumilikdə 7 dəfədən çox azalıb. 2013-2014-cü illərdə 4 milyard dollara yaxın vəsait daxil olurdusa, hazırda bu rəqəm təqribən 350-400 milyona qədər azalıb.
Nəzərə almaq lazımdır ki, Rusiyadan Azərbaycana qeyri-rəsmi kanallarla-cibdən-cibə, qohum-tanışla da pul göndərilir. Bunları da ümumiləşdirsək, deyə bilərik ki, Rusiyadan gələn vəsait xeyli dərəcədə azalaraq, il ərzində 400-500 milyondan çox olmayıb. Bu isə ötən illərlə müqayisədə kifayət qədər kiçilmiş bir rəqəmdir».
Rusiyada iş istəyən azərbaycanlılar hazırlaşsın...
Ekspertin proqnozlarına görə, bu il Azərbaycandan Rusiyaya gedənlərin sayında artım olacağı gözlənilir:
«Rusiya Azərbaycana nisbətən böhrandan daha dayanıqlı çıxdı. Yəni əvvəlki illə müqayisədə rubl ucuzlaşmadı, əksinə, möhkəmlənən valyutalar sırasında yer aldı. Hazırda Rusiya üzərindən iqtisadi sanksiyaların götürülmə ehtimalı böyükdür. Çünki bununla bağlı həm Amerika, həm də Avropa ilə danışıqlar gedir. Düşünürəm ki, bu iki faktoru nəzərə alanda, Rusiyada iqtisadi vəziyyət 2017-ci ildə yaxşılığa doğru dəyişəcək. Bu dəyişməni isə azərbaycanlılar həmən hiss edəcək. Ola bilər ki, hətta 2017-ci ildə Azərbaycandan Rusiyaya gedənlərin sayında artım olsun. Çünki Rusiyanın iqtisadiyyatı bizim ölkə ilə müqayisədə daha yaxşı durumdadır. Bu baxımdan azərbaycanlıların yenidən Rusiyaya qayıtması prosesi sürətlənə bilər».