
İsrarlı çağırış
Qarşı tərəfdən mütləq cavab olacaq
Qarşı tərəfdən mütləq cavab olacaq
XTQ-nin təlimlərində 2 vacib məqam – general Bəxtiyar Ersay və “Kargu”
Xüsusi təyinatlılar şərti düşmən məhv edir
Cənubda Hikmət Mirzəyevin rəhbərliyi ilə XTQ-nin təlimi başladı
“Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”
Azərbaycan Müdafiə Nazirliyidən Rusiyaya sərt cavab
Rusiya Azərbaycanı Qərblə üz-üzə qoymağa çalışır
Separatçıların arzuları boğazlarında qaldı
“Halqa” əməliyyatının ikinci mərhələsinə start verilib?
Birlik komandirlərinin videogörüntü ilə bağlandığı müşavirədə Zakir Həsənov göstəriş verdi
“Azərbaycan təmas xətti boyu təpələr tikir, ...”
Azərbaycan ordusu artıq Qərb raketləri ilə silahlanacaq
Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq
Azərbaycanın erməniləri qorxuya salan qanadlı raketi barədə xəbər var
Azərbaycan ordusu torpaqları azad etmək üçün hücuma keçir
Erməni ekspert: “Bakıda SOM-1B raketinin nümayişi üçün “xoşagəlməz xəbər” oldu”
Hərbi Hava Qüvvələrinin aviabazasında yeni inşa edilən növbəti yaşayış binasının yanvarın 6-da açılışı həyata keçirilib. Bu barədə VAXT.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.
Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində uçuş və texniki heyət, eləcə də onların ailə üzvləri ilə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edib.
Nazir bildirib ki, yeni binaların istifadəyə verilməsi hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsidir.
Bu, ümumilikdə Silahlı Qüvvələrdə şəxsi heyətin mənzil təminatının yüksəldilməsi istiqamətində icra olunan kompleks tədbirlərin davamıdır.
Son illərdə mindən çox hərbi qulluqçunun daimi mənzillə, 1400-dək hərbi qulluqçunun isə xidməti mənzillə təmin olunduğu və bu işlərin cari ildə də davam etdiriləcəyi diqqətə çatdırılıb.
Müasir silah-sursat, döyüş texnikası, aviasiya vasitələri və avadanlığın alınaraq silahlanmaya daxil edilməsini xatırladan general-polkovnik Z.Həsənov görülən kompleks tədbirlərin ölkə başçısının Silahlı Qüvvələrə göstərdiyi qayğının bariz nümunəsi olduğunu xüsusi qeyd edib.
Yeni tikili ilə tanışlıq zamanı məlumat verilib ki, beşmərtəbəli, 50 mənzilli bina tam təmirli üçotaqlı mənzillərdən ibarətdir və bütün kommunikasiya xətləri ilə təchiz olunub. Hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.
Mənzillə təmin olunan hərbi qulluqçular göstərilən qayğıya görə, prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra, Müdafiə Nazirliyinin rəhbərliyi yaradılan şəraitlə tanış olub, ailələrin qayğıları ilə maraqlanıb və çay süfrəsi ətrafında onlarla söhbət edib.