
Jurnalistlər üçün böyük məsuliyyət
Sərəncam mətbuatımızın gələcək fəaliyyət ilə bağlı yol xəritəsidir
Sərəncam mətbuatımızın gələcək fəaliyyət ilə bağlı yol xəritəsidir
Prezident İlham Əliyev yubileylə bağlı sərəncam imzaladı
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
Layihə çərçivəsində ilk toplantı keçirilib
MŞ sədri bölgə qəzetinin yubileyi mərasimində iştirak edib
Millət vəkili həyəcan təbili çalır
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
Əflatun Amaşov: “Hər dövlət başçısı bunu bacarmır”
Əflatun Amaşov: “Çap məhsulları üzərindən ƏDV götürülsün”
Deputatdan maliyyəsi dayandırılan qəzetlərə müraciət
Millət vəkilindən gürcü həmkarlarına müraciət
Azərbaycan Mətbuat Şurası mövzusunda dəyirmi masa keçirib
«Mən erməni saytlarını mütəmadi olaraq izləyirəm. Onlar Elnur Hüseynzadə ilə bağlı məsələlərə geniş yer verir və bizim media orqanlarına davamlı istinad edirlər. «İstipress.az» saytının Elnurun anasının fikirlərinə yer verilən videonun tərcümə olunmadan belə erməni saytlarında yayımlanmasını gördüm. Buna çox təəssüfləndim».
Bu sözləri APA-ya açıqlamasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib. O bildirib ki, media bu sayaq hadisələrdə həssas olmalıdır: «Mətbuat Şurası medianın belə məqamlarda həssas olması ilə bağlı dəfələrlə çağırışlar edib. Elnurun anasının fikirlərinin yer aldığı video yayımlandıqdan sonra mən müvafiq qurumlarla müzakirələr apardım. Həqiqət budur ki, Elnur ordudan tərxis olunub, hazırda o, rəsmən mülki şəxs statusundadır. Lakin bir sıra saytlar bunu nəzərə almayıb. Yaradılan mənzərə budur ki, guya Azərbaycan hərbçisi Ermənistan tərəfə keçib. Hesab edirəm ki, belə təqdimat Elnurun geri qaytarılmasında da problem yaradacaq. Təbii ki, Elnurun hərbçi kimi təqdim olunması ideoloji müharibə baxımından da yolverilməzdir. Bu, düşmən dəyirmanına su tökməkdir, ölkənin informasiya təhlükəsizliyinə təhdiddir. İstərdim ki, media orqanları məsələnin həssaslığını dərk etsinlər. Bu, eyni zamanda, ən böyük peşəkarlıq göstəricisi olardı. Təəssüf ki, «istipress.az» saytı və ona istinad edənlərin timsalında biz bunu görmədik».
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, ermənilərin əlinə düşən E. Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub, hazırda hərbi xidmətdə deyil. Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşınının uydurmalarına inanmamağa çağırıb.