
Dünya Bankından xəbərdarlıq
“İqtisadiyyat 2008-ci ildən bəri ən pis rüb üçün hazırlanıb”
“İqtisadiyyat 2008-ci ildən bəri ən pis rüb üçün hazırlanıb”
Dünyanın ən kasıb 75 ölkəsi Çinə rekord məbləğdə borclanıb
2 ölkə 15,5 milyon dolları ödədi
Aşağı və orta gəlirli qruplara ağır zərbə vurur, iqtisadiyyata təsir edir
Şirkət bərpa olunan enerjiyə vəsait toplayır
BRICS qrupu Qərb sistemin hiss olunan səhvlərini düzəltməyə çalışır
Təklənirsiniz, müsyölər!
Azərbaycan qazı Avropanın daha çox ehtiyac olduğu bölgələrinə çıxacaq
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
Əlavə xətt əvvəlki ilə müqayisədə daha ucuz başa gələcək
2022-ci ilin əsas iqtisadi və sosial çətinliyi ...
Xəzərdə külək elektrik stansiyalarının mümkün yerlərinin xəritəsi hazırlanıb
DB-nin hesabatında Ukraynada istehsalın 45 faiz azalacağı bildirilir
Mavi yanacaq axtarışında olan qədim qitənin diqqəti Azərbaycana yönəlib
İtaliyada hələ də Azərbaycan qazına qarşı çıxanlar kimlərdir?
Azərbaycan layihəsi Rusiya qazına alternativ olmağı bacaracaqmı?
Azərbaycan prezidenti İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Mülleri qəbul edib.
Dövlət başçısı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın yaxşı tarixi olduğunu məmnunluqla qeyd edərək, ölkəmizdə Dünya Bankının dəstəyi ilə çoxsaylı əhəmiyyətli layihələrin həyata keçirildiyini dedi və bu layihələrin infrastrukturun müasirləşdirilməsi baxımından önəmini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanda infrastrukturun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm hissəsi olduğunu bildirib. Dövlət başçısı, eyni zamanda, Dünya Bankının uğurla icra olunan qlobal əhəmiyyətli «Cənub Qaz Dəhlizi» layihəsinə verdiyi maliyyə dəstəyini yüksək qiymətləndirib. Prezident İlham Əliyev TANAP layihəsi ilə bağlı işlərin də qrafikə uyğun həyata keçirildiyini və vaxtında tamamlanacağını qeyd edib.
S. Müller prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirib.
Söhbət zamanı iqtisadiyyatın şaxələndirilməsi, aqrar sektorda ixrac potensialının artırılması, təhsil sistemində islahatlar və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.