
Naxçıvanın təhlükəsizliyi ...
... Azərbaycan və Türkiyənin ortaq taleyinin simvolu
... Azərbaycan və Türkiyənin ortaq taleyinin simvolu
Qədim qaynaqlar və əfsanələr haqqında ...
Tarixçi Bettani Hyuzun serialı Azərbaycanı da əhatə edir
... yaxud "Lent.az"dakı işimi necə itirdim?
Bir nazirin oğurladığı pula iki aeroport tikmək olar
Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilib
“Naxçıvan rəssamlarının ensiklopediyası”
Camaatdan oğurladığını bazarda satdıran zehniyyət
Naxçıvanın muxtar statusu ilə bağlı ciddi sual
... Yaxud “Muxtarlıq”ın xanədanı
132 milyon dövlət vəsaiti mənimsənilib
... Yaxud mərkəzdənqaçma və izafi büdcə xərci
Yoxlamalar, yasaq, nəzarət ...
DTX rəsmi açıqlama yaydı
Muxtar bölgənin blokadadan çıxması Ermənistanın planları alt-üst edəcək
Ankara muxtar bölgənin müdafiəsini gücləndirir; Qarsdan Naxçıvana dəmir yolu çəkiləcək
Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Sabir küçəsi 8a ünvanında yerləşən «Al-Sana» MMC-nin istehsal etdiyi kolbasa məhsullarında və Abşeron rayonu Xırdalan şəhəri akademik Həsən Əliyev küçəsi 38 ünvanında yerləşən «Zəhmət-Ruzi» MMC-nin istehsal etdiyi «Sab» markalı süd məhsullarında coğrafi göstərici qismində «Naxçıvan» sözündən istifadə edilməsi muxtar respublikada fəaliyyət göstərən analoji məhsulların istehsalçılarının etirazına səbəb olub.
Etiraz edənlər bunun qanuna zidd olduğunu iddia edir və sübut kimi, «əmtəə nişanları və coğrafi göstəricilər haqqında» qanuna göstərirlər. Muxtar respublikada fəaliyyət göstərən iş adamlarının dediyinə görə, əsasən coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur. Eyni zamanda əmtəə nişanları, coğrafi göstəricilər və ya onlarla qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt məhsullar hesab edilir.
Sahibkarlar iddia edir ki, daxili bazarda aparılan araşdırmalar üzrə müəyyən olunub ki, «Al-Sana» və «Zəhmət-Ruzi» Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən istehsal olunan bir sıra kolbasa və süd məhsulları müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan, qeyri-qanuni olaraq, Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmadan «Naxçıvan» adı ilə markalanıb. Bu qanunazidd əməl ilk növbədə məhsulun mənşə yeri ilə bağlı istehlakçıların aldadılmasına səbəb olur. Digər tərəfdən isə bu kontrafakt məhsulların istehsalçılarının ad və mənşə yeri ilə bağlı qanunsuz əməllərinin eyni qaydada məhsulun keyfiyyət göstəricilərində də təkrarlanacağından ehtiyat edən yerli sahibkarları uzun illər ərzində vicdanlı fəaliyyətləri ilə qazandıqları müştəri məmnunluğunu itirəcəklərindən ciddi narahatçılıq keçirirlər.
İş adamları istehlakçılardan xahiş edir ki, belə məhsullara rast gəldikdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə operativ məlumat versinlər.
MR sahibkarları bildirdiyinə görə, aşkar olunmuş saxtakarlıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində müvafiq hüquqi prosedurlar başladılıb.