Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
18:04 | 16 mart 2017 | Cümə axşamı
Məqaləyə 2809 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Bu günlərdə sosial şəbəkələrin rus seqmentində istifadəçilərdən biri Sankt-Peterburq bazarlarından birindən çəkilmiş fotoları paylaşıb. Həmin fotolara əsasən bazarda bibər cəmi 40 rubla, mandarin 25 rubla, pomidor 20, alma isə 10 rubladır...
Virtualaz.org xəbər verir ki, bu fotolar haqlı olaraq jurnalistləri heyrətləndirib. Axı necə ola bilər: indi ki, tərəvəzin bol olduğu yay mövsümü deyil və bazarlarda tərəvəz bol sayılmaz, bu baxımdan qiymət də Rusiya bazarları ilə müqayisədə bu cür «qəpik-quruş» ola bilməz. Nəticədə «Komsomolskaya Pravda» qəzetinin əməkdaşları bazara yollanıblar və məsələni yerində araşdırıblar. Məlum olub ki, sosial şəbəkələrdə yayılan fotolar fotoşopla düzəldilməyib və qiymətlər doğrudan da belə aşağıdır.
Həmin fotolar şəhərin Sena meydanındakı «talkuçka»da çəkilib. Bazara daxil olan jurnalistlər girişdə dayanıb alver edən xaladan soruşublar: «Bu bazarda kiloqramı 20 rubla pomidor haradadır?». Xala «bax o cərgədə» deyib, «amma birinci cərgədən almayın, onlar 50-yə satır», - xəbərdarlığından da qalmayıb. Jurnalistlər şahidi olublar ki, satıcılar doğrudan da bibərin kiloqramını 40 rubla, pomidorun kiloqramını 20 rubla təklif edirlər. Özü də Azərbaycan pomidorunun. Ən azından piştaxtanın üzərinə yığılmış pomidorun üstündəki qiymət lövhəsində tərəvəzin Azərbaycan malı olduğu göstərilir.
Satıcılar bir ağızdan əmin edirlər ki, tərəvəzi Azərbaycan, Özbəkistan və Tackistandan gətirirlər. Əlbətdə, Moskvada dayanmaqla. «Bir hissəsini orada qoyuruq, qalanını bura gətiririk. Lakin Moskvada baha satırıq, Moskva bahalı şəhərdir», - Əzizə adlı özbək satıcı jurnalistə deyir.
Ələddin adlı digər satıcı isə daha ətraflı və inandırıcı danışır. Deyir ki, malı Sankt-Peterburqdakı Sofiysk meyvə-tərəvəz bazasından alırlar. Və ona görə ucuz satırlar ki, Azərbaycanda təzə məhsul tezliklə yetişəcək və tərəvəz çoxalacaq. «Mal üstümüzdə qalmasın deyə belə ucuz satırıq», - o əsaslandırmağa çalışır.
Qeyd edək ki, Azərbaycan son illər Rusiya bazarlarına meyvə-tərəvəz ixracını artırıb. Azərbaycanda istixanalarda yetişdirilən pomidor, xiyar, bibər, badımcan qış aylarında da Rusiyaya ixrac edilir, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş siyasətin istiqamətlərindən biri də kənd təsərrüfatı məhsullarının ixracını genişləndirməkdir. Lakin hazırda Bakı bazarlarında pomidorun (təbii ki, yerli istehsal) 1 kiloqramı 2 manat 50 qəpikdən 3 manat 50 qəpiyə qədər dəyişir. Normal görünüşlü pomidorun 1 kiloqramı 3 manat 50 qəpikdən, yəni 140 rubldan aşağı deyil. O zaman necə olur ki, Azərbaycandan Rusiyaya ixrac edilən pomidoru bundan düz 7 dəfə ucuz qiymətə (təqribən 50 qəpiyə) satırlar?