
Berlin-Bakı-Ankara normativləri ...
... Yaxud Fransa kartını neytrallaşdıran qiymətli manera
... Yaxud Fransa kartını neytrallaşdıran qiymətli manera
Azərbaycan Prezidenti Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqladı
Almaniya Prezidenti və birinci xanımının qarşılanma mərasimi olub
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
Zəngəzur dəhlizi və regional geosiyasi perspektivlər
Enerji siyasəti üzərindən qlobal və regional təhlükəsizlik
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
Türk dövlətləri ilə ticarət rekord həddə
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
İranın vurulması Zəngəzurdan başlamalıdır
«Bizim uğurlu iqtisadi siyasətimiz, regionların inkişafı və yeni təşəbbüslər, islahatlar, əminəm ki, dayanıqlı inkişafı təmin edəcək». Bu sözləri Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, bu yaxınlarda bir çox sahələr üzrə strateji yol xəritələri tərtib edilib, onlar dərc olunub: «İctimaiyyət artıq bunu bilir. Hər bir sahə üzrə konkret proqramlar var, biz bu proqramlar əsasında işləyirik və işləyəcəyik.
Növbəti illərdə əsas vəzifələrdən biri qeyri-neft məhsulları ixracının artırılmasıdır. Çünki neft-qaz sahəsində hər şey müsbət istiqamətdə gedir. Bizim böyük «Cənub Qaz Dəhlizi» layihəsi uğurla icra edilir. Bu da tarixi layihədir. Ancaq bizim əsas məqsədimiz qeyri-neft ixracımızı artırmaqdır. Bax, bunu etmək üçün kənd təsərrüfatının ənənəvi sahələri inkişaf etməlidir. Burada təkcə pambıqçılıqdan söhbət getmir. Biz keçən il tütünçülükdə də, baramaçılıqda da ciddi dönüş yarada bilmişik. Tütün istehsalı artır. Biz artıq quru tütünün ixracı ilə də ciddi məşğuluq, kontraktlar imzalanıb. Üzümçülüyün inkişafı sürətlə gedir, şərab məhsullarının ixracı da artmalıdır və artıq artır. Baramaçılıq sürətlə inkişaf edir. Əgər 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük olunubsa, keçən il bu, 70 tona çatıbdır, bu il daha da yüksək rəqəm olacaq».
Azərbaycan Prezidenti bildirib ki, Şəki ipək kombinatının işi bərpa edilib: «Orada da subsidiyalar verilir. Tütünçülükdə də subsidiya verilir. İndi şəkər çuğundurunun kütləvi əkini başlayıb. Bu, bizə çox lazımdır. Çünki bizim şəkər zavodumuz daha çox xaricdən gələn xammalla işləyir. Biz daha çox yerli xammalı təmin etməliyik. Bu da məşğulluq və ixrac potensialı deməkdir. Ona görə qeyri-neft məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı bizim üçün indiki inkişaf mərhələmizdə əsas vəzifədir.
Biz bir neçə ölkədə artıq ticarət evləri yaradırıq. «Made in Azerbaijan» brendi artıq dünyaya yayılıbdır. İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır. Sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar. Onsuz da Azərbaycan dövləti bunu təşkil edir. Biznes forumlar keçirilir, hökumət nümayəndə heyətlərinin tərkibində artıq iş adamları da həmişə təmsil olunurlar. Onlar da fəal olmalıdırlar, öz məhsullarını təbliğ etməlidirlər, çalışmalıdırlar ki, bu imkandan istifadə edib öz məhsullarını daha çox xarici bazarlara satsınlar. Biz əlbəttə ki, daxili bazarı da maksimum dərəcədə təmin etməliyik və bunu edirik.
Bir sözlə, artıq keçən il ərzində pambıqçılıqda əldə edilən müsbət təcrübə gələcəyə nikbinliklə baxmaq üçün böyük əsas verir. Bugünkü müşavirədə pambıqçılığın inkişafı ilə bağlı önəmli məsələlər müzakirə ediləcək. Əminəm ki, bu gün start verdiyimiz səpin kampaniyası uğurla başa çatacaq və biz bol məhsul əldə edəcəyik».