vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 21 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
CƏMİYYƏT  
11:15 | 23 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 1443 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan qadınları daha uzunömürlüdür?

100-ü keçən ağbirçəklərin sayı ağsaqqallardan 6 dəfə çoxdur

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT-nin araşdırmasına əsasən, hazırda dünyada hər 10 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxildir. 2050-ci ilin sonunadək hər 5 nəfərdən biri, 2150-ci ilin sonunadək isə hər 3 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxil olacaq. Bu da dünyada yaşlı əhalinin sayının ildən-ilə artdığını göstərir. Həmçinin BMT-nin qiymətləndirmələrinə əsasən, 65 və daha yuxarı yaşda olanlar əhalinin 4 faizini təşkil edirsə, onda əhali «cavan», əgər bu pay 4-7 faiz arasındadırsa, onda əhali «yaşlaşma ərəfəsində», bu pay 7 faiz və ondan yuxarıdırsa, onda əhali «yaşlı» hesab edilir. 2025-ci ilədək aparılan proqnozlara görə 60 və yuxarı yaşda olan insanların sayı əhalinin 15 faizini, inkişaf etmiş ölkələrdə isə 30 faizini təşkil edəcək.

Azərbaycanda «Sosial xidmət haqqında» Qanuna əsasən yaşı 70-ə çatmış şəxslər ahıl hesab edilir.

Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda ölkə üzrə 70 və yuxarı yaşda olan əhalinin sayı 377. 8 ( 377 800 nəfər) min nəfərdir:

«Onlardan 153.7 min ( 153700 nəfər ) nəfəri kişilər, 224.1 min (224 100 nəfər) nəfərdir. 80 yaş və yuxarı yaşda olan əhalinin sayı, ümumilikdə, 129.4 min (129 400 nəfər) nəfərdir. Onlardan 50, 9 min ( 50 900) nəfəri kişilər, 78, 5 min (78 500 nəfər) nəfəri kişilərdir».

Komitə rəsmisinin sözlərinə görə, Azərbaycanda 90 və yuxarı yaşda olan vətəndaşların sayı 11.7 min (11 700 nəfər) nəfərdir: «Onlardan 4.1 min (4 100 nəfər) nəfəri kişilər, 7.6 min (7600) nəfəri qadınlardır».

100 və yuxarı yaşda olan əhalinin sayına gəlincə, R.Süleymanov deyib ki, onların 0.7 min (700) nəfərdir: «100 və yuxarı yaşda olan vətəndaşlardan 0.1 min (100 nəfər) nəfəri kişilər, 0.6 min (600) nəfəri qadınlardır».

Aparılan son tədqiqatlara görə, uzunömürlülər əsasən, Lerik, Astara və Lənkəran bölgəsində yaşayırlar.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *