vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
CƏMİYYƏT  
09:46 | 29 avqust 2018 | Çərşənbə Məqaləyə 3346 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gəncənin yeni icra başçısı Azad Rəhimovun qudasıdır

Gənclər və idman nazirinin yeganə övladı barədə bilinməyənlər

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verildiyi kimi, prezident İlham Əliyev avqustun 28-də Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Modern.az saytı Gəncənin yeni icra başçısı haqqında bəzi bilgilər əldə edib.

Məlumata görə, Gəncənin yeni başçı Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovla qudadır. Belə ki, Azad Rəhimovun oğlu Arif Rəhimov Niyazi Bayramovun qızı Cahan Bayramova ilə ailəlidir. Onların bir qız övladı var.

Niyazi Bayramov bu təyinatadək Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı postunu tuturdu. O, daha əvvəllər - 1995-2010-cu illərdə Dövlət Gömrük Komitəsində, 2010-2012-ci illərdə Fövqəladə Hallar Nazirliyində məsul vəzifələrdə işləyib.

Qeyd edək ki, Arif Rəhimov gənclər və idman nazirinin yeganə övladıdır. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan Arif Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Azərbaycan, rus və ingilis dillərini bilən Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı “Cass Business School”da neft və energetika sənayesi ixtisasına yiyələnib.

2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləmiş Arif Rəhimov sonradan DDLAR GROUP adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir.

Bununla paralel Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir. Yeri gəlmişkən, “Baku Grand Prix” şirkəti 2016-cı ildə Bakıda keçirilən dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – “Formula 1″in “Grand Prix” yarışının təşkilatçısıdır.

Arif Rəhimov xanımı və qızı ilə hazırda Londonda yaşayır.