vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
STOLÜSTÜ  
11:07 | 1 sentyabr 2018 | Şənbə Məqaləyə 2685 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tək rəqəmlərdə qərar tutan zəka

Yığmamız dünya üzrə reytinq sıralamasında 4-cü yerdədir

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

FİDE (Beynəlxalq Şahmat Federasiyası) sentyabr ayına olan reytinq cədvəlini açıqlayıb.

Siyahıda klassik şahmatda qrossmeysterimiz Şəhriyar Məmmədyarov 2820 elo xalı ilə 3-cü pillədə qərarlaşıb.

İlk pillədə 2839 xalla Maqnus Karlsen (Norveç), ikinci yerdə isə 2827 xalla Fabiano Karuana (ABŞ) qərarlaşıb.

Şəhriyar həmçinin rapiddə (7) və blitsdə isə (9) ilk onluqda yer alır.

Qeyd edim ki, 2820 xal Azərbaycan şahmatı tarixində rekord xalqdır. Buna qədər heç bir zəka sahibimiz bu əmsala sahib olmamışdı.

FİDE reytinqində digər şahmatçılarımız Teymur Rəcəbov 2751 xalla 17-ci, Arkadiy Naydiç 2721 xalla 28-ci, Rauf Məmmədov 2699 xalla 46-cı, Eltac Səfərli 2676 xalla 65-ci, Qədir Hüseynov isə 2667 xalla 74-cü pillədə qərarlaşıblar.

Yığma komandaların reytinq sıralamasında isə ölkəmiz 2674 xalla Rusiya, Çin və ABŞ-dan sonra 4-cü pillədədir.