vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 aprel 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
15:21 | 27 yanvar 2019 | Bazar Məqaləyə 565 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Növbəti əfv ANONSU ...

Kimlər azadlığa çıxacaq?

MÖVZU İLƏ ƏLAQƏLİ

“Əfv Komissiyasının katibliyi və əfv sektoru daim işləyir, mütəmadi olaraq müraciətləri qəbul edir. Bu il böyük ehtimalla Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir”.

Bunu Modern.az-a açıqlamasında Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Komissiya üzvü qeyd edib ki, daxil olan müarciətlərlə bağlı aidiyyatı üzrə arayışlar hazırlanır: “Müraciətlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş addımlar atılır. Bütün prosedurlar tamamlandıqdan sonra müvafiq arayışlar Əfv Komissiyasının sədri Ramiz Mehdiyevə təqdim olunacaq. Yenə də qanunvericiliyn tələblərinə görə sədrin təşəbbüsü ilə iclaslar çağırılacaq. Hələ ki iclasların vaxtı bəlli deyil. Ümumilikdə əfv sərəncamının verilməsi təbii olaraq, Prezidentin konstitusion səlahiyyətlərinə daxildir. Ona görə də əfv sərəncamının verilib-verilməməsilə bağlı son sözü də ölkə rəhbərliyi deyəcək”.

Ə.Nuriyev Prezidentin təşəbbüsü və humanist addımı ilə hər il Novruz bayramı ərəfəsində əfv sərəncamlarının verilməsinin ənənə halını aldığını vurğulayıb: “Ona görə bu ilin də istisna olmayacağı gözlənilir”.

Komissiya üzvü hüquq müdafiəçilərinin təqdim etdiyi siyahının da diqqətlə nəzərə alınacağını bildirib: “Bu, hər zaman belə olub. Prezident hüquq müdafiəçilərinin, Ombudsmanın və digərlərinin müraciətlərini nəzərə alaraq, əfv sərəncamı imzalayır. Söhbət kiminsə “siyasi məhbus”, yaxud hansısa ad altında məhkumluğundan getmir. Söhbət ictimai fəal olan şəxslərin azadlığının müzakirəsindən gedir ki, hər zaman Komissiya tərəfindən buna həssas yanaşılır.

Cənab Prezident bir neçə gün əvvəl hüquq müdafiəçiləri-Səadət Bənənyarlı, Sahib Məmmədov, Rauf Zeyni və mənim bloger Mehman Hüseynovla bağlı müraciətimə müsbət cavab verərək, bir daha deyilənləri təsdiqlədi. Ona görə də əminliklə deyə bilərik ki, Prezident bu kimi məsələləri hər zaman diqqət mərkəzində saxlayır. Bildiyiniz kimi, ötən sərəncamla müxtəlif KİV-lərdə “siyasi məhbus” adlandırılan 12 nəfər azadlığa qovuşdu. Ümid edirik növbəti əfv sərəncamında da bu kateqoriyadan olan şəxslərin adını görə biləcəyik”.

Qeyd edək ki, 2018-ci ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 məhkum  cəzadan azad edilib. Onlardan 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad olunub.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *