vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MEDİA-QHT  
12:11 | 20 fevral 2019 | Çərşənbə Məqaləyə 3078 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İqtisadi biliklərin müzakirəsi

“Gənc biznesmenlər” layihəsinin ilk təlimi Qubada keçirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Quba Rayon İcra Hakimiyyəti və rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə “Gənc biznesmenlər” layihəsinə start verilib.

Layihə üzrə ilk təlim Quba rayonunun Püstəqasım kənd orta məktəbində reallaşıb. Təlimdə məktəbin 50-dək şagirdi iştirak edib.

Layihənin rəhbəri Ramil Namazov tədbiri açaraq təlim haqqında məlumat verib. Təlimçi Həsən Yunisov layihənin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, layihənin əsas məqsədi region gənclərinin inkişafına dəstək olmaq, sosial aktivlik, biznesi fəaliyyətində düzgün marketinq siyasətinin aparılması və Gənclər Fondunun yaratdığı imkanlar haqqında ətraflı məlumat verməkdir.

Şagirdlər təlimdə ümumi iqtisadi biliklər, biznes anlayışları haqda bilgi alıb, eyni zamanda öz ideyalarını təqdim ediblər. Şagirdlər komandalar şəklində müzakirələrə qatılıblar.

Sonda fərqlənən iştirakçılara sertifikat təqdim olunub.