vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MEDİA-QHT  
14:49 | 24 fevral 2019 | Bazar Məqaləyə 2770 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ONA.az gəldi

6 dildə yayımlanacaq agentliyin 6 ölkədə ofisləri var

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayıb.

Onlayn Xəbər Agentliyinin (“Online News Agency” - ONA) yaradılmasında əsas məqsəd ölkənin media məkanındakı boşluğu doldurmaq, Azərbaycanda və dünyada baş verən ən mühüm siyasi, iqtisadi və digər yenilikləri işıqlandırmaqdır. Digər məqsəd aparıcı transmilli informasiya agentlikləri ilə sıx münasibətlər qurmaq, qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan həqiqətlərini, respublikanın siyasi və iqtisadi həyatını əks etdirən dolğun məlumatları, ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu haqlı mövqeni dünyaya çatdırmaqdır.

Əsas iş prinsipi dəqiqlik, operativlik, tərəfsizlik olan ONA xüsusi bülletenlər və onlayn rejimdə Azərbaycan, Rus, İngilis, Ərəb, Fransız və Erməni dillərində xəbərlər yayımlayacaq.

İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlarla yanaşı, regionda və dünyada baş verən hadisələr barədə xəbərlər, məqalələr, müsahibələr, ekspert rəyləri yer alır.

ONA-nın foto və video, iqtisadi və siyasi mövzularda analitika xidmətləri də var.

Agentliyin Azərbaycanın bütün bölgələrində, ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan və İranda ofisləri fəaliyyət göstərir.

İstəyimiz oxucuların üz tutacağı ünvana, etibarlı xəbərin mənbəyinə çevrilməkdir.

Agentliyin internet ünvanı belədir: www.ona.az