vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
CƏMİYYƏT  
21:59 | 21 mart 2020 | Şənbə Məqaləyə 1175 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Epidemiyanın sonu nə vaxt çatır?

Faktlar və proqnozlar

Şöhrət EYVAZOV

Yeni virus haqqında ilk xəbərdarlığı 34 yaşlı çinli həkim Li Venyen ötən ilin sonunda edib. O, 30 dekabr 2019-cu ildə həmkarlarına WECHAT-da “Uhanda SARS halı olan 7 xəstə aşkar olunub” – yazıb: “Bu haqda çox səs-küy salmayın, amma, yaxınlarınıza deyin ki, ehtiyatlı olsunlar”.

Amma Li Venyen bilmirdi ki, bu SARS deyil, yeni virusdur.

31 dekabrda Çində “nəməlum sətəlcəm” haqında ilk məlumat verildi – təəssüf ki, “həyacan təbili”  çalınmadı, əhaliyə maskadan istifadə etmək və digər qorunma vasitələri haqqında xəbərdarlıq edilmədi.

Əksinə, yanvarın 3-ündə Li Venyen polisə çağırıldı və “şayiə yaymamaq” tələb edildi. Araşdırmasını davam etdirən həkim özü də 10 yanvarda  yeni virusa yoluxdu və epidemiyanın ilk qurbanlarından oldu.

Çində vəziyyətin ciddiliyini yanvarın 23-ündə anladılar. Həmin gün Çin Mərkəzi Televiziyasının yayımladığı xəbərdə bildirildi ki,  yeni “koronavirus 2019-nCoV” virusunun səbəb olduğu pnevmoniya xəstəliyi üzündən Hubei əyalətinin inzibati mərkəzi olan Uhan sakinlərinin  şəhərdən çıxmasına müvəqqəti qadağa qoyulur. Şəhərdə ictimai nəqliyyatın, hava limanının və qatar stansiyalarının işi dayandırıldı. Yeni növ virusa yoluxmuş xəstələrin sayı 473 nəfərə çatmışdı, yoluxma halları isə ölkənin daha 12 bölgəsində də qeydə alınmışdı.

Uhanda ciddi bir karantin rejiminin tətbiqi gecikmiş, lakin təsirli bir həll idi. Yanvarın 23-də tətbiq olunduqdan dərhal sonra yeni infeksiyaların sayının eksponent artımı dayandı. Rəsmi məlumatlarda bu azalma nəzərə çarpmırdı - əksinə, böyümənin davam etdiyi görünürdü. Amma əslində bu, ilk simptomların təzahürü vaxtına nisbətən xəstəliyin qeydiyyatı vaxtının dəyişməsi ilə əlaqədardır. Sonrakı analiz göstərdi ki, karantindən dərhal sonra kəskin eniş başladı.

Çinin zəruri reaksiyanın gecikdirməsi isə təkcə  ölkə daxilində ağır nəticələrə səbəb olmadı. 3 ay keçmədi ki, virusun miqyası  dünyanın 100-dən çox ölkəsini  əhatə elədi.

11 Mart 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni bir koronavirus infeksiyası pandemiyası elan etdi.

 

“Pandemiya” nədir?

 

Pandemiya yunan sözüdür, mənası “bütün xalq” deməkdir. Əgər epidemiya bir bölgədə, bir qrup insanda hər hansı xəstəliyin yayılmasıdırsa, pandemiya insandan-insana asanlıqla ötürülən yeni virusun qlobal miqyasda kütləvi yayılmasıdır.

Bu, 1948-ci ildə yaradılan təşkilatın tarixində ilk dəfə baş vermir. Pandemiya geniş mənada "yeni bir xəstəliyin dünya miqyasında yayılmasıdır". Ancaq bu izahatla mövsümi qrip kimi  bir çox xəstəlikləri pandemiya sayıla bilir.  Axırıncı dəfə 2009-cu ildə pandemiya elan edilib - H1N1 virusu,  "donuz qripi" də deyilirdi.

2010-cu ildə "Yoluxucu xəstəliklər” jurnalında nəşr olunan  elmi məqalədə fərqli müəlliflərin pandemiyaya fərqli təriflərini verdiyi göstərilir, lakin ümumi cəhətlərə rast gəlmək olur. Mütəxəssislərin böyük əksəriyyəti pandemiyanın dünyada geniş yayılmış bir xəstəlik olduğu, yəni əsas meyarın coğrafi olduğunu qeyd edir.

Ümumdünya Səhiyyə Təşkilatının 12 Martda təşkil etdiyi mətbuat konfransında vurğuladığı kimi, pandemiya  elan edilməsi, "ölkələrin təslim olmalı olduğunu ifadə etmir”.

 

Fərqli yanaşmalar və strategiyalar

 

Yoluxma qanunları bütün ölkələrdə eynidir. Təsdiq edilmiş effektivliyi olan bir peyvənd və antiviral dərman olmadan həkimlər yalnız qeyri-dərman nəzarəti tədbirlərinə malikdirlər.

Dövlətin əsas yolu isə: sərhədləri bağlamaq, təmasda olan insanları karantin altına almaq, kütləvi tədbirləri ləğv etmək, məktəbləri və universitetləri bağlamaq, sosial məsafəni azaltmağı təbliğ etməkdir. Bu tədbirlər “yumşaq” və ya “sərt” ola bilər: bir anda bütün gücünüzlə yanğını söndürməyə çalışar və ya onun tədricən zəifləməsinə nail olmaq istərsiniz. Mütəxəssislər yanaşmalar spektrindəki bu iki qütbü  “yumşaltma” və “saxlama”  adlandırılar.

İki strategiya arasında əsaslı fərqlər azdır - hər ikisi də kifayət qədər bahalı vasitələrin tətbiq edilməsini tələb edir. Eyni zamanda, “sərt” qorunma strategiyası, ilk mərhələdə infeksiyanın böyüməsini ən təsirli şəkildə basdırmağa və beləliklə vaxt qazanmağa imkan verir. Ancaq uzun müddət ən ağır tədbirlərə əl atmaq mümkün deyil.  Əlbətdə ki, belə bir strategiya maksimum iqtisadi ziyanla əlaqələndirilir - heç olmasa ilk mərhələdə.

İkinci strategiya, epidemiyanın böyümə sürətini idarə edərkən iqtisadi zərərin minimuma endirilməsinə yönəldilmişdir: tibbi infrastrukturun həddən artıq yüklənməsinin qarşısını almağa çalışılır. Eyni zamanda, sağalmış insanların sayı çoxalır, yəni ikinci bir yoluxma ehtimalı azalır. Ancaq bu qaçılmaz nəticələrin - ölümlərin sayını artırır.

Epidemiolog Neil Ferguson  “COVID-19” epidemiyasının azaldılması strategiyaları arasındakı fərqlərin o qədər də çox olmadığı qənaətindədir. Bütün hallarda gecikmək daha ağır nəticələr verir: İtalıyada və İranda olduğu kimi.

Epidemiya ilə mübarizə üçün istənilən tədbir etik cəhətdən əsaslandırılmalıdır. Bundan əlavə, müxtəlif ehtiyat tədbirləri nəzərdən keçirilərkən, hakimiyyət iqtisadi xərclər və risk altında olan insanların xilas edilmiş həyatları arasında seçim etməlidir - lakin bu da empirik sual deyil, etikdir.

Epidemiyanın sürətini optimallaşdırmaq sırf riyazi bir iş deyil. Peyvəndin  yaradılması və əldə edilməsi gecikirsə infeksiyaya qarşı tədbirlər mümkün qədər sərt olmalıdır.

 

Necə müqavimət göstərməli?

 

COVID-19-un əsas sirlərindən biri də digər kəskin respirator virus infeksiyalarından fərqli olaraq uşaqlara və yeniyetmələrə rəhm etməsidir,  ancaq yaşlılara qarşı amansızdır. Çin həkimlərinin statistikasına görə, 20 yaşadək olanlar COVID-19  xəstələrinin yalnız bir faizin təşkil edir və xəstəliyi yüngül keçirirlər. Ən çox xəstə - 80 yaşdan yuxarı insanlar arasındadır.  Onların ölüm riski də çoxdur -  15 faiz.

Bütün yaş qrupları üçün infeksiyaya qarşı müqavimətin üç yolu var.

Birincisi, bu yalnız bəzi insanların genetik bir xüsusiyyətində ola bilər. İkincisi, peyvəndlə əldə edilə bilər. Və nəhayət, müqavimət fərdi bir şəkildə əldə edilə bilər.

Çoxumuzun həddən artıq çox vəsait sərf etmədən edə biləcəyi şeylər var:

Sosial izolyasiya, yəni, evdən zərurət olmayınca çıxmamaq, insanlardan 2 metr aralıda dayanmaq, kütləvi tədbirlərdən çəkinmək, əllə görüşməmək;

Tibbi gigeniyaya və dezinfeksiyaya əməl etmək, əlləri yaxşıca yumağı və düzgün asqırmağı öyrənmək, evin havalandırılmasını nəzarətdə saxlamaq ;

İnfeksiya şübhəsi olan kimi dərhal həkim çağırmaq və təcrid olunmaq;

Virusun əsas çiyərləri hədəf aldığına görə çiyərləri xüsusi təmrinlərlə güclənirmək, tənəffüs gimnastikası etmək.

 

Nə vaxt bitəcək?

 

Ekspertlərin fikirləri müxtəlifdir: məhdudlaşdırıcı tədbirlərin bir neçə ay və ya bəlkə də bir ildən çox ola biləcəyini düşünənlər var. Məsələn, epidemioloq Neil Ferguson, bu epidemiyanın bir il yarım davam edəcəyini gözləyir. Əlbəttə, bu ölkələrdə aparılan siyasətdən və orda yaşayanların davranışından asılı olaraq dəyişəcəkdir.  Çox güman ki, infeksiyanı Çində olduğu kimi idarə etmək olarsa, karantin tədbirləri tədricən zəifləyəcək, həkimlər yeni halların yaranma sürətini nəzarətdə saxlayacaqlar və yeni bir yoluxma təhlükəsi yarandıqda, yenə də ən sərt karantin tədbirlərini geri qaytaracaqlar.

Çində yeni halların sayı peyvənd olmadan azaldı. Lakin, bu müvəqqəti bir qələbədir. Alimlərin əksəriyyətinin fikrincə aradan qaldırıldıqdan sonra epidemiya istənilən vaxt qayıda bilər. Rus alimi Viktor Zuyev deyir ki, “”Koronavirus keçəcək, amma tam yox olmayacaq. Yəni, qrip kimi təkrar gələ biləcək”.

Rusiyalı professorun, virusun süni yaradılması haqqında da fikri konkret deyil: “İnanmıram ki, bunu süni yaradıblar, amma həyatda hər şey ola bilər”.

Ümumiyyətlə, virusların tarixi heyvanların əhliləşdirilməsi ilə başlayıb. Əgər süni yaradılmayıbsa, koronavirusun da yarasadan keçmə ehtimalı daha yüksəkdir. Hərçənd ki, ilk yoluxan “sıfır xəstə” tapllmayınca bunu tam əminliklə söyləmək mümkün deyil.

Həkimlər bir məsələdə yekdil fikir söyləyirlər: “Simtomlar olmadan test tələb edən adam paronaya xəstəsidir”. Yəni, həddindən çox bədbin olmağın da zərəri var.  Atalar demişkən, “Qorxunun cana faydası yoxdur”. Baxmayaraq ki, pessimist insanın çox vaxt “daha məlumatlı optimist” olduğu da doğrudur. Bütün hallarda, təhlükədən qorxmaq yox, onu aradan qaldırmaq lazımdır.

Təhlükəsizlik qaydalarına riayət etmək özümüzü, yaxınlarımızı, ölkəmizi və dünyamızı qorumağın yeganə yoludur.