vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 may 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
RƏY, REPLİKA  
14:10 | 26 mart 2014 | Çərşənbə Məqaləyə 1521 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Abbasov barədə ilginc açıqlamalar

«Onun Rusiya ilə yaxınlığı Elçibəy hakimiyyətindən də əvvələ gedib çıxır»

Etibar SEYİDAĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun virtualaz.org saytına geniş müsahibəsindəki açıqlamaları müzakirələrə yol açıb. Onun «Milyarderlər İttifaqı»nın yaranması və qurumla bağlı baş verənlərdən danışarkən bu məsələyə görə özünün, ailəsinin ölümlə hədələndiyini bəyan etməsi, Rusiyanın yuxarı dairələri ilə son dərəcə yaxın əlaqələrinin olduğundan danışaraq bu imkanlarından Azərbaycanın istifadə etməsinin vacibliyini söyləməsi xüsusilə maraqla qarşılanıb.

A.Abbasovun müsahibəsindəki bu və digər məqamlarla bağlı milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərlə söhbət etdik. S.Əkbər Abbas Abbasovun açıqlamalarının, əsasən də ölümlə təhdid edildiyi barədə dediklərinin iddia olduğu qənaətindədir: «Bu bir iddiadır. Bu iddiaları təsdiq və ya təkzib etmək üçün əldə sübut-informasiya olmalıdır. Mənim əlimdə isə kifayət qədər informasiya yoxdur. Ona görə şərh verə bilmirəm».

A.Abbasovun müsahibəsində Rusiyanın yuxarı dairələri ilə çox yaxın olduğunu qabartması, Azərbaycan-Rusiya yaxınlaşmasının vacibliyini bəyan etməsi və iki ölkə arasında körpü rolunu oynaya biləcək əhəmiyyətli fiqur olduğunu dolayısı ilə söyləməsinə isə S.Əkbər belə münasibət bildirdi: «Bütün baş verənlər, xüsusən də 2008-ci ildə Rusiyanın Gürcüstanın bir hissəsini işğal etməsi və faktiki olaraq Abxaziya ilə Cənubi Osetiyanı özünə ilhaq etməsi, nəhayət, son günlərdə Ukraynanın bir parçası olan Krımı işğal etməsi Rusiyanın aqressiv imperiya siyasətini gerçəkləşdirməyə başladığının bir sübutudur. Artıq dünya da bunun fərqinə varıb. Azərbaycan təbii ki, Ermənistanla müharibə vəziyyətində olduğunu və münaqişənin arxasında Rusiyanın dayandığını anlayır və bütün dünyaya da anlatmalıdır.

Çox təəssüf ki, Moldova, Ukrayna və Gürcüstanda olan münaqişələrin arxasında Rusiyanın durduğu açıq şəkildə qeyd olunur. Bu dövlətlərin hər üçünün ərazi bütövlüyü beynəlxalq birlik tərəfindən tanınır, zaman-zaman vurğulanır. Azərbaycanın Ermənistanla olan münaqişəsinə isə çox təəssüf ki, baxış fərqlidir, Dağlıq Qarabağa mübahisəli bir ərazi kimi baxılır, Ermənistan-Azərbaycan münaqişəsinə də mübahisəli ərazi ətrafında baş verən münaqişə kimi baxılır. Bu, böyük ölçüdə Azərbaycanın apardığı yanlış «balans» siyasətinin nəticəsidir. Yəni Moskva-Brüssel və Vaşinqton arasında bu günə qədər manevr etməkdə davam etmək nə Moskvada, nə də əks tərəfdə-Brüssel və Vaşinqtonda etibar, inam yaratmır.

Azərbaycan nə qədər riskli olsa da strateji seçimini etməlidir. Əslində deklorativ şəkildə strateji seçimini Azərbaycan 2007-ci ildə edib. Öz milli təhlükəsizlik konsepsiyasını qəbul edib və bu sənədi ölkə başçısı imzalayıb. Orada göstərilir ki, Azərbaycanın strateji hədəfi Avroatlantik məkana inteqrasiyadır. Amma çox təəssüf ki, Azərbaycan bu istiqamətdə ciddi addım atmır. Hətta Avropa ilə assosiativ sazişi imzalamaqdan açıq şəkildə imtina edib. Bu da onu göstərir ki, Azərbaycanın təhlükəsizliyinə beynəlxalq təhlükəsizlik təminatı yoxdur. Azərbaycanın öz potensialı isə Ukrayna-Rusiya qarşıdurması göstərdi ki, nə qədər yetərsizdir. Yəni 45 milyonluq Ukrayna Avropa Birliyi və ABŞ tərəfindən birmənalı dəstəklənir, Budapeşt memorandumuna əsasən Ukraynanın ərazi bütövlüyünə ABŞ, Böyük Britaniya və Rusiya tərəfindən təminat verilmişdi. Amma görürsünüz ki, onun ərazisi işğal olundu, nə ABŞ, nə Böyük Britaniya buna lazımi cavabı verə bilmir. İndi görün Azərbaycana hansısa müdaxilə olsa, hansı vəziyyətlə üzləşə bilərik. Azərbaycan belə vəziyyətdə müdafiəsiz vəziyyətdədir, Rusiyanın təzyiqləri qarşısında duruş gətirə bilməz. Rusiya Azərbaycana da qarşı hərəkətə keçərsə, təbii ki, vəziyyət Ukraynadakından ağır ola bilər. Bunu əslində Abbas Abbasov da bilməmiş deyil».

S.Əkbər hesab edir ki, belə vəziyyətdə Abbas Abbasovun Rusiya hakimiyyəti ilə dostluq əlaqələri ölkənin köməyinə gələ bilməz: «Rusiyanın dövlət siyasəti keçmiş sovet respublikalarındakı Rusiyameylli adamlara görə qiymətləndirilmir və müəyyənləşdirilmir. Ona qalsa, Abbas Abbasovdan da yüksək mövqeyə malik Azərbaycan hakimiyyətində yer tutan və Rusiyaya yaxın olan şəxslər var. Ukrayna təcrübəsi də göstərdi ki, Rusiya açıq şəkildə imperiyanı yenidən bərpa etmək istəyir. Azərbaycan Kremlin tam istəklərinə cavab verməsə, ortada kimin vasitəçilik etməsinin, kiminsə Rusiyaya yaxın olmasının elə bir əhəmiyyəti yoxdur. Azərbaycan-Rusiya münasibətləri hazırda elə səviyyədə deyil ki, hakimiyyətdə təmsil olunmayan və Rusiya ilə yaxın münasibətləri olan kiməsə ehtiyac yaransın. Bu gün Azərbaycanın dövlət başçısı ilə Rusiyanın başçısının münasibətləri imkan verir ki, onlar istənilən zaman telefonla da görüşsünlər və ya işçi qaydada görüşüb müzakirələr aparsınlar. Keçən il Putinin Azərbaycana səfəri də bu münasibətlərin hansı səviyyədə olduğunu bir daha göstərdi».

«Abbas Abbasov Rusiya ilə çox yaxın olduğunu, hətta Rusiyanı ikinci vətəni kimi sevdiyini açıq söyləyir. Sizin milli təhlükəsizlik nazirinin birinci müavini olaraq təmsil olunduğunuz Elçibəy hakimiyyəti dönəmində Abbas Abbasov baş nazirin müavini idi. Onun Rusiyaya yaxınlığı, əlaqəsi o dövrdə sizə bəlli idimi, yoxsa sonrakı dövrlərdə əlaqələr qura bilmişdi» sualına S.Əkbər belə cavab verdi: «Abbas Abbasovun Rusiya ilə yaxınlığı Elçibəy hakimiyyətindən də əvvəlki dövrlərə gedib çıxır».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *