vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ANALİZ  
14:51 | 16 dekabr 2016 | Cümə Məqaləyə 1876 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampın TAP və TANAP siyasəti

ABŞ-ın yeni prezidenti Azərbaycanın layihəsinə dəstək verəcək, ancaq...

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Neftin qiymətinin qeyri-stabil olması və neft istehsalının azalması yaxın illərdə Azərbaycan üçün ciddi sınaq olacaq. Rəsmi Bakı bütün diqqəti qaz layihələrinə və qazın Avropaya nəqlinə yönəldib. Ancaq bu layihələrin reallaşması yalnız rəsmi Bakının istəyindən asılı deyil. Bu məkanda müxtəlif oyunçular var və həmin oyunçuların bir qismi Azərbaycan qazının Avropa bazarına çatdırılmasını ləngidə bilərlər. Məsələn, Rusiya “türk axını” layihəsini TAP və TANAP boru xətlərinin inşaatından daha tez başa çatdırmaq istəyir ki, öz qazını cənub xətti ilə Avropaya Azərbaycandan tez çatdırsın.

Rusiyanın yerində başqa dövlət olsaydı, bunu sağlam rəqabət kimi qiymətləndirmək olardı. Ancaq Rusiya iqtisadi və enerji mövzularında siyasi təzyiq alətlərindən də istifadə edir. Məsələn, Rusiyanın maneələri sayəsində Xəzərin dibi ilə boru xəttinin tikintisi reallaşmır ki, türkmən qazı da Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılsın. Buna baxmayaraq, Azərbaycan İsrailin timsalında TAP və TANAP-ın əhəmiyyətini artıracaq üçüncü müttəfiq qazanıb. İsrail öz qazını məhz bu boru xətləri ilə Avropaya çatdırmaq istəyir.

Bu arada, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın Azərbaycana səfəri diqqət çəkdi. Bəlkə bu Amos Hokstaynın hazırki vəzifədə Azərbaycana son səfəri idi. Çünki, Amerikada prezident dəyişdiyindən Dövlət Departamentinin tərkibi də dəyişəcək və Amos Hokstayn başqa vəzifəyə keçiriləcək.

Amos Hokstayn il boyu Azərbaycana tez-tez gəldi. Hiss olunur ki, Dövlət Departamentində Azərbaycan mövzusu məhz ona tapşırılıb. Çünki, Azərbaycana Amos Hokstayn qədər intensiv şəkildə səfər edən ikinci amerikalı diplomata rast gəlinmədi. Bunun da obyektiv səbəbi var. Amerikanın hazırda Azərbaycanla əlaqəsinin əsas prioriteti məhz enerji mövzusudur ki, bu da Amos Hokstaynın kurasiyasına aiddir. Vaxtilə Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi səfiri Riçard Morninqstar idi. Morninqstar da Hokstayn kimi il ərzində Azərbaycana bir neçə dəfə gələrdi və sonra əlaqələr o dərəcədə inkişaf etdi ki, Vaşinqton Morninqstarı Azərbaycana səfir göndərdi. Sadəcə, o səfir vəzifəsindən çıxış edərək enerji mövzularıyla yanaşı insan haqları və demokratiya mövzularını da diqqət mərkəzində saxlamaq məcburiyyətində idi ki, bu Morninqstarla Azərbaycan rəsmiləri arasındakı əvvəlki isti münasibətlərin üstündən yekə bir xətt çəkdi.

Amos Hokstaynın Azərbaycana səfir göndərilməsi perspektivi azdır. Çünki, hazırki səfir Robert Sekuta hələ bir müddətdə öz vəzifəsində çalışacaq və deməli Amos Hokstaynın Riçard Morninqstar kimi Azərbaycana səfir təyin olunması ehtimalı azdır. Hələliksə, Amos Hokstayn üzərinə düşən vəzifəni uğurlar yerinə yetirmək istəyir.

Amos Hokstayn həmişə olduğu kimi bu dəfə də Azərbaycan prezidenti ilə yanaşı xarici işlər və energetik nazirləri ilə də görüşdü. Onun budəfəki səfərinin bir neçə məqsədi var idi.

Birincisi, Amos Hokstayn rəsmi Bakını inandırmağa çalışdı ki, Amerikada prezident və administrasiyanın tərkibi dəyişsə də, Vaşinqton əvvəlki tək Azərbaycanın iştirakçısı olduğu Cənub Qaz Dəhlizi layihəsinə dəstək verəcək. Bu faktorun özü Bakı ilə Amerikanın yeni administrasiyası arasında əlaqələrin inkişafına xidmət edəcək. Amos Hokstayn haqlıdır. TAP və TANAP layihələri Donald Tramp administrasiyasının da maraqlarına xidmət edir. Çünki, Amerikada prezident kim olursa-olsun Rusiya qazının Avropa bazarında dominant rol oynamasını istəməz. Tramp biznesmendir və prezident kimi də azad rəqabətin tərəfdarıdır. Rusiya isə Avropanın qaz inhisarçısı olmaq istəyir.

İkincisi, rəsmi Bakının TAP boru xəttinin inşaatının gələcəkdə ləngiməsi ilə bağlı müəyyən narahatlığı var. İtaliyada bəzi qüvvələr boru xətti çəkilişinin ekologiyaya zərər vuracağını iddia edirlər. Hiss olunur ki, bu qüvvələr Avropa içərisindən də kifayət qədər dəstək alırlar. Bu boru xətti tikintisini ləngidə bilər. Aydındır ki, bu məsələni rəsmi Bakı təkbaşına həll etmək iqtidarında deyil, Amerikanın dəstəyinə ehtiyac var. Amerika Avropa İttifaqının həm siyasi, həm də iqtisadi tərəfdaşıdır və əlində Avropa ölkələrinə təsir etmək üçün kifayət qədər aləti var. Rəsmi Bakı Cənub Qaz Dəhlizinin sürətlə tamamlanması üçün Vaşinqtonun həmin alətləri işə salmasını istəyir.

Ancaq bu alətlərin hərəkətə gətirilməsi üçün rəsmi Bakı Vaşinqtonla münasibətlərin digər istiqamətlərində əməkdaşlığı genişləndirməyə çalışmalıdır. Bunun üçün Azərbaycanda siyasi və iqtisadi islahatların sürətləndirilməsi, insan haqları mövzularında diqqətli olması vacibdir. Eyni mövzuları Brüssel də diqqət mərkəzində saxlayır. Rəsmi Bakı böyük ümid bəslədiyi Cənub Qaz Dəhlizi layihəsində Avropa İttifaqını tam olaraq yanında görməsi üçün gələn il ərzində Brüssellə strateji sənədin imzalanması prosesini sürətləndirməlidir. Bu sənəddə isə rəsmi Bakının istəyi ilə yalnız enerji mövzuları deyil, siyasi, iqtisadi və məhkəmə islahatlarını sürətləndirəcək, o cümlədən Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü üçün addımlar atacağını göstərən maddələrin olması labüddür.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)