vaxtlı-vaxtında oxuyun! Bazar, 31 may 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
11:58 | 2 may 2017 | Çərşənbə axşamı Məqaləyə 1920 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Piyada keçidləri ilə bağlı vacib dəyişiklik

Ekspertlər deyir ki, sürücülərin piyadaları uzun müddət gözləməməsi nəqliyyatın normal axınını təmin edəcək

Şəbnəm MEHDIZADƏ, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

İnzibati Xətalar Məcəlləsinə piyada zolaqlarından keçməklə bağlı dəyişikliklər edilib. Belə ki, daha sürücülər piyadaya o, piyada keçidinə daxil olan kimi yol vermək məcburiyyətində deyil. Yəni sürücü piyadanın hərəkət sürətinə, istiqamətinə mane olmamaq şərti ilə hərəkətinə davam edə bilər.

Fins.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, istənilən halda sürücü piyadaya piyada keçidində yol verməlidir. Sürücü piyadanın hərəkətinə, hərəkət sürətinə mane olmamalıdır: «Əgər piyada piyada zolağına yeni ayaq basıbsa, sürücü ikinci zolaqla hərəkət edirsə, dayanıb piyadanı gözləməməlidir. Əgər sürücü dayanıb 4-6 saniyə piyadanı gözləyərsə, həmin ərazidə nəqliyyat sıxlığı yarana bilər. Bu baxımdan, sürücü piyadaya mane olmamaq şərtilə yolu ilə hərəkət edə bilər. Və yaxud şəhərdə çoxzolaqlı yollar var. Sürücü dayanıb piyadanı saatlarla gözləməməlidir». 

K.Əliyev bildirir ki, əvvəllər qanunda göstərilirdi ki, piyada ayağını piyada zolağına qoyan kimi, avtomobillər dayanıb, ona yol verməlidir. Amma sürücü ilə piyada arasında 10-15 metr məsafə varsa, piyadanı gözləmək vaxt itkisidir. Sürücü piyada ilə məsafəni nəzərə alıb hərəkətinə davam etməlidir: «Əgər sürücü piyadanın yaxınlığında olduğunu və hərəkətinin piyadanın həyatı üçün təhlükə yaratdığını görürsə, sürücünün hərəkəti piyadanın hərəkətinə mane və yaxud istiqamətini dəyişməsinə səbəb olursa, sürücü dayanıb piyadaya yol verməlidir».

Bəs görəsən bu dəyişikliyin hansı müsbət tərəfləri var? Mövzu ilə bağlı ekspertlərin rəyini öyrəndik.

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki,  İnzibati Xətalar Məcəlləsində cərimə məsuliyyəti nəzərdə tutan 330-cu maddənin qeyd hissəsi var: «Bu dəyişikliklə həmin hissəyə izah verildi ki, piyadaya yol verməmək nə deməkdir. Burada həm piyadadan, həm də avtomobildən söhbət gedir. Yəni əgər sürücü digər nəqliyyat vasitəsi, eləcə də piyadanın hərəkət istiqamətinin və sürətinin dəyişilməsinə səbəb olursa, bu artıq o deməkdir ki, siz ona yol verməmiş sayılırsınız. Qanuna əsasən, sağa və sola dönən sürücü piyada keçidini keçən piyadaya yol verməlidir. Eyni zamanda, düzünə hərəkət zamanı da işıqforun yaşıl işığı yanırsa və nizamlanmayan piyada keçidi varsa, sürücü piyadaya yol verməlidir. Əvvəl yolun neçə zolaq olmasından asılı olmayaraq, piyada ayağını zolağa qoyanda sürücü ona birmənalı şəkildə yol verməli idi. Bu isə bir qədər problem yaradırdı. Çünki sürətlə hərəkət edən avtomobil dayanmağa məcbur olurdu ki, bu dayanma da qəza şəraiti yaradırdı. Bu zaman digər avtomobillər də həmin avtomoili arxadan vura bilər. Yəni bu və ya digər problemlər yaşanırdı. O baxımdan, bu qeyd sürücülərin və piyadaların işini bir qədər asanlaşdırmış oldu».

E.Muradlının sözlərinə görə, bu dəyişiklik əslində daha çox sürücülər üçün faydalıdır: «Göründüyü kimi, bu dəyişikliklə yol verməmək anlayışı tam açıqlığa çıxdı. Əgər piyada ilk zolağa addım atıbsa, bu zaman üçüncü zolaqda gedən sürücünün dayanıb ona yol verməsi bir o qədər də zəruri deyil. Çünki bu onun hərəkətinə də mane olmur,  istiqamətini dəyişməyə və yaxud da süətini azaltmağa, tam dayanmağa məcbur etmir. Ona görə də bu, qayda pozuntusu sayılmır. Dövlət yol poisi əməkdaşları da həmişə bunu sürücülərə irad olaraq bildirirdi ki, piyada bir neçə zolaq o tərəfdə olduqda sən dayanırsansa, bu zaman sıxlıq yaradırsan. Belə olan təqdirdə, sən avtomobilini sürüb tam rahat gedə bilərsən. Bəzən piyada keçidində piyadanı vuran sürücülər də var. Onlar ya qanunu düzgün başa düşmürlər, ya da ümumiyyətlə, qanundan xəbərləri yoxdur. Burada söhbət ondan gedir ki, sürətini və istiqamətini dəyişməyə məcbur etmirsənsə, bu, piyadaya yol verməmək sayılmır. Yaxşı olar ki, piyadalar da bu qayda-qanunlarla tanış olsunlar. Bəzən piyadalar yolu qaçaraq keçirlər. Bu, həm sürücülər, həm də piyadanın özü üçün təhlükəlidir. Əgər piyada keçidə daxil olarkən görürsə ki, 3-5 metr məsafədən maşın yaxınlaşırsa, başa düşməlidir ki, maşın dayana bilməyəcək. Çünki yüksək süətlə gedən avtomobili 5 metr məsafədə saxlamaq mümkün deyil. Ona görə də piyadalar da bir qədər anlayışlı davranmalıdırlar. Yol sənin olsa belə, dərk etməlisən ki, maşının səni vurma ehtimalı var. Çünki o şüurlu insan deyil, texnikadır. Qarşılıqlı münasibətlər qaydasında olsa, düşünürəm ki, problemlər qısa zaman ərzində öz həllini tapa bilər».

«Digesta» firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov «Kaspi»yə açıqlamasında bildirdi ki, yol hərəkəti qaydalarına əsasən, piyada piyada keçidinə çıxdıqda, avtomobillərin sürətini və özünün təhlükəsizliyini nəzərə almalıdır: «Bu zaman avtomobilə yol verilməli və məsafə nizamlanmalıdır. Bununla piyada həm də öz təhlükəsizliyini təmin etmiş olur. Lakin piyadalarla yanaşı, avtomobil sürücüsü də diqqətli olmalıdır. Əgər sürücü görürsə ki piyada artıq zolağa çıxıb, bu zaman diqqətli olmalıdır. Çünki həmin şəxs xəstə, körpə uşaq, gözdən əlil şəxs ola bilər. Ona görə də piyada zolaqda hərəkət edərkən sürücü ona mane olmamalıdır. Burada əsas söhbət məhz bundan gedir. Hesab edirəm ki, artıq bundan sonra bu kimi problemlər öz həllini tapacaq».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *