«Yəhudi fenomeni: əbədi xəzinəyə 7 açar»
Tanrı bütün xalqları eyni imkanda yaradıb, amma ...
Yadigar CƏFƏRLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qalileyin müasiri ...
... Eynşteynin nəzəri olaraq ortaya çıxardığını praktiki olaraq isbat edən dahi
-
Riyaziyyatın şahzadəsi
Kurt Gödel: “Mən empirik elmə inanmıram. İnandığım yalnız apriori həqiqətdir”
-
Qara Dəliklərdə inanılmaz nəticə
Keçmiş silinir və gələcəyin sonsuz variantları yaranır
-
İzahsız şeylərin mizahı
Yaxud Elman Nəsirovda Albert Eynşteyn “simptomları”
-
“AXC Fələstindəki yəhudiləri dəstəkləyib”
Yəhudi tədqiqatçıdan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı maraqlı açıqlamalar
-
“Azərbaycan ənənələrinə sadiqdir”
İlham Əliyev Azərbaycan yəhudilərini təbrik etdi
-
Orta məktəbdə «sürünən» məşhurlar
Yalnız şanslı insan bu cür tanınmş ola bilər
-
İnternetdə Eynşteyn üsulu
Alimlərin təklif etdiyi yeni üsulda şifrələrin qırılması problemi olmayacaq
-
Tanrının ən böyük hədiyyəsi şüurdur
Qadağalar edən dinin islahata ehtiyacı var
-
Nisanovun sirri
«Bu ay-sizlər üçün bütün ayların başlanğıcıdır»
-
Obamaya 60 gün vaxt verildi
Nüvə məsələsi 2 aya həll olunmasa yəhudi lobbisi İranla bağlı...
-
Dünyaya nümunə olan tolerantlıq
Müsəlman, yəhudi, xristianların kampaniyasını keçiriləcək
Belə bir söz var, deyir, XX əsrin mənzərəsini 3 yəhudi müəyyənləşdirib: Marksdı, Freyddi, bir də Eynşteyndi. İndi isə Sizə kimdən deyim, kimdən danışım - Steven Silbiger adlı müəllifdən. Deyəsən, o da yəhudidir. Çünki ən gözəl kitablarından birini bu xalq haqqında yazıb. Adını da qoyub: «Yəhudi fenomeni: əbədi xəzinəyə 7 açar».
Yazdıqlarından bir az paylaşım, bu xalq niyə belə qabiliyyətlidir, anlayaq, artıq.
Kitab hələ təkcə Amerikaya aid faktlarla kifayətlənir. Təsəvvür edin, Forbes-in siyahısına düşmüş Amerika zənginlərinin 40 faizi yəhidilərdir. Hər 3 nəfər Amerika multimilyarderinin 1-i yəhididir. ABŞ-ın ən reytinqli universitetlərindəki professorların 20 faizi bu xalqın təmsilçiləridir. Amerikanın elmdə qazandığı Nobel mükafatlarının 30 faizini bu ölkəyə yəhudi alimləri gətirib. Bu, Amerikadakı Nobel laureatlarının 25 faizi deməkdir.
Bunu xalqın qeyri-adi qabiliyyətləri ilə, ya da dünyanı idarə edən sirrli mərkəzlər haqqında söhbətlərlə əsaslandıraqmı?! Əsla.
Tanrı bütün xalqları eyni imkanda yaradıb. Di gəl, hər xalq öz sosial mühitini yaratmaqdan ötrü bu imkandan fərqli səviyyədə istifadə edir. Yəhudilər hələ əsrlər əvvəldən öz çevrələrində bilik mühiti formalaşdıra biliblər. Bu mühit uşağı repetitor yanına göndərməklə alınmır. Əgər uşağın atası, anası, nənəsi, babası, qohum-əqrəbası evdə əlinə kitab-jurnal-qəzet almırsa, ətrafındakı həmyaşıdları da onun qədər bilik acı deyilsə, o uşaq ali məktəbə qəbul vaxtı ən yüksək balı toplayacaq. Universitetdə də böyük uğurlar qazanacaq. Amma heç vaxt Nobel mükafatı ala bilməyəcək. «Siz heç dərsini pis oxuyan yəhudi uşağı görmüsünüzmü? Mən görməmişəm». Bu sualı Çingiz Abdullayev dedektivlərinin birində yazmışdı.
Gizli mərkəzə gəlincə, bu, həqiqətən var. Mən onun yerini bilirəm. İstəsəniz Sizə də deyərəm. Bu, mərkəz insanın başının içidir. Biri onu biliklərlə doldurur, başqası boş nağara kimi saxlayır.
Anlayacağımız, məsələ yəhudilərin fitri qabiliyyətində deyil. Başının qapısını əsrlər əvvəldən biliklərə açıq elan edən, təhsilə, öyrənməyə can atan, müxtəlif sahələrdə zehni əməklə məşğul olan yəhudlərin sayının başqa xalqların təmsilçiləri ilə müqayisədə həddən ziyadə çox olmasındadır.
Orta əsrlərdə Avropa ölkələrində fizika ilə məşğul olan alimlərin 50-60 faizi yəhudilər idi.
Bu qədər adamın arasından Eynşteyn çıxmasın, neyləsin?!
Bəs nədir Steven Silbigerin yazdığı o 7 açar?! Yazım gərəyiniz olar.
1. Real sərvətin daşınan olduğunu anla: bu, bilikdir.
2. Öz soydaşlarına qayğı göstər ki, onlar da sənə qayğı göstərsinlər.
3. Uğurlu adamlar peşəkar və öz işlərinin sahibidirlər.
4. Özünə başqalarında inam yarat.
5. Seçəndə israfçı ol, alanda tədbirli.
6. Fərdlərinlə qürur duy: yaradıcı insanları ruhlandır.
7. İrəli sürdüyünü sübuta yetirməyə psixoloji baxımdan hazır ol.
İndi əziz dostlar, insaf edin, belə bir toplum haqqında ağlına gələni danışmaq faydalı olar, yoxsa onlardan mümkün qədər görüb-götürmək?! Minnət qoymaq kimi çıxmasın, mən bu bapbalaca mətni yaratmaqdan ötrü, Silbigerin kitabını internetdən tapdım, pul verib üzünü çıxartdırdım, günlərlə oxudum, əsas məqamlarını qeyd elədim ki, dostlarımla paylaşım.
Əgər siz də iki üç dəqiqənizi sərf edib, bu yazını axıra qədər oxudunuzsa və xoşunuza gəldisə, tanıdıqlarınıza da oxudun ki, 6-cı açarın artıq əlinizdə olduğu görünsün.