vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
TOP OYUNLARI  
16:32 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 1458 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ»ın rəqibi kim olacaq?

«Şerif» və «Kukesi» bu gün qarşılaşır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün futbol üzrə Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 10 cavab görüşü keçiriləcək. Albaniyada «Kukesi» ilə Moldova «Şerif»i arasında oynanılacaq qarşılaşmanın yekununda «Qarabağ»ın növbəti mərhələdəki rəqibi müəyyənləşəcək.

İlk matçda «Şerif» 1:0 hesabı ilə qalib gəlib. «Kukesi» mərhələ adlamaq üçün ən azı 2 top fərqi ilə qalib gəlməlidir. Eyni nəticə təkrarlanacağı halda, cütün qalibi penaltilər seriyası ilə məlum olacaq.

Xatırladaq ki, üçüncü mərhələdə qalib gəlmiş komanda avtomatik olaraq Avropa Liqasının qrup turnirinə vəsiqə qazanır, bunun birlikdə isə, Çempionlar Liqasının qrup turnirinə vəsiqə uğrunda pley-offda daha güclü rəqiblə gücünü sınayır. 3-cü təsnifat mərhələsində uduzan komanda isə çıxışlarını Avropa Liqasının pley-off mərhələsində davam etdirir.