vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ATLETİKA  
20:53 | 11 avqust 2017 | Cümə Məqaləyə 2939 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycana qayıtmağa hazıram»

Ramil Quliyev: «Bilirdim ki, xalqım məni dəstəkləyəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Prezident İlham Əliyevə mənə ünvanladığı təbrikə görə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçün qürurvericidir». VAXT.AZ AzVision.az-a istinadən xəbər verir ki, bunu Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu olan Ramil Quliyev deyib.

Türkiyəni təmsil edən atlet «Azərbaycana qayıtmaq istərdinizmi?» sualına «Əgər istəsələr, mən hər zaman qayıtmağa hazıram», - deyə cavab verib.

«Bu, təkcə mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir. Çox sevinirəm. Bilirdim ki, xalqım məni dəstəkləyəcək. Bunu hiss edirdim. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən azərbaycanlıyam. Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Ona görə də hər iki dövlətin bayrağını dalğalandırdım. Bu, mənim üçün fəxrdir».

Qeyd edək ki, Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını qazanıb. Ramilin qələbəsi Türkiyədə böyük sevinclə qarşılanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və digər dövlət məmurları azərbaycanlı idmançını qazandığı qələbə münasibətilə təbrik ediblər.