30 ildən sonra ilk dəfə
Hacı Əliyev Məhyəddin Allahverdiyevin uğurunu təkrarladı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Növbəti hədəfim olimpiya çempionluğudur»
Hacı Əliyev qələbəsini xalqımıza ithaf etdi
-
Hacı Əliyev 3 qat dünya çempionudur
Əsas vaxtda bərabərə qalan güləşçimiz əlavə vaxtda Rusiyalı idmançının kürəyini yerə vurdu
-
İki türkün mübarizəsi
Güləşçimizin çempionluq yolunda ilk rəqibi Qazaxıstan idmançısı oldu
-
Avropa çempionumuz dünyanın da ən güclüsüdür
Hacı Əliyev finalda İran güləşçisinə qalib gəlib
-
Ermənini yıxdı ...
... Avropa çempionu oldu
-
Azərbaycan güləşçisi Hacı Əliyev Parisdə keçirilən dünya çempionatında qızıl medal qazanıb. VAXT.AZ xatırladır ki, mundialda 61 kiloqram çəki dərəcəsində çıxış edən ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyev ardıcıl olaraq bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlmişdi.
Həlledici görüşdə rusiyalı pəhləvan Hacımurad Rəşidovla qarşılaşan təmsilçimiz rəqibinə 7:1 hesabı ilə qalib gələrək 3-cü dəfə dünya çempionu olub.
Onu da xatırladaq ki, Azərbaycanın güləş tarixində bundan əvvəl belə bir uğura yalnız yunan-roma stili üzrə pəhləvanımız Məhyəddin Allahverdiyev imza atmışdı. O, SSRİ yığmasının tərkibində 1985, 1986 və 1987-ci illərdə dünya çempionu olmuşdu.
***
17:10
Azərbaycan güləşçisi Hacı Əliyev Parisdə güləş üzrə dünya çempionatının finalına yüksəib.
61 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev 1/16 finalda qırğızıstanlı Alibek Osmonov (8:0), 1/8 finalda Yaponiya təmsilçisi Rinya Nakamura (10:1), 1/4-də isə slovakiyalı idmançı Mikola Bolotnyuk (10:0) üzərində inamlı qələbə qazanıb.
Yarımfinalda kubalı Yovlis Bonne Rodrigesi vaxtından əvvəl - 2 dəqiqə 13 saniyəyə məğlub edən H.Əliyev finala yüksəlib.
Digər təmsilçilərimiz Mahir Əmiraslanov (57 kq) 1/16, Aleksandr Qostiyev isə (86 kq) 1/4 finalda məğlub olublar.
Xatırladaq ki, dünya çempionatında yığmamıza hələlik yeganə - bürünc medalı yunan-Roma güləşçimiz Elvin Mürsəliyev (80 kq) qazandırıb.