Ağırlıqqaldıranlarımız diskvalifikasiya olundu
BAAF-ın qərarı dopinq attestasiyası üzrə müsbət nəticə verən 9 ölkənin idmançılarına aiddir
Ağır atletika üzrə Azərbaycan yığması bir il müddətinə diskvalifikasiya olunub, bu barədə qərar Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Şurası tərəfindən (BAAF və ya «IWF») Buxarestdə keçirilən toplantıda qəbul edib.
BAAF dopinqdən istifadə ilə bağlı adı üç və daha çox hallarda keçən idmançıların mənsub olduğu ölkələrə qarşı araşdırmanı bu həftəsonu başa vurub.
Araşdırma Pekin 2008 və London 2012 Olimpiadasında yeni dopinq attestasiyası üzrə müsbət nəticə verən 9 ölkənin idmançılarına aid halları əhatə edir.
Bura Azərbaycan, Türkiyə, Qazaxıstan, Ukrayna, Belarus, Moldova, Çin, Rusiya və Ermənistan daxildir.
BAAF İcraiyyə Şurası oktyabr ayında qüvvəyə minəcək qərarı üzv federasiyalara yollamalıdır.
Bu, deməkdir ki, Azərbaycan yığması noyabrın sonunda ABŞ-ın Anaheim şəhərində keçiriləcək Ağır atletika üzrə Dünya çempionatına qatıla bilməyəcək.
Ötən il dopinq qalmaqalı ardınca ağır atletika üzrə Rusiya və Bolqarıstan komandalarını Rio Olimpiadasında iştirakdan kənarlaşdıran BAAF adı çəkilən 9 ölkənin kənarlaşdırılmasına dair qərara da səs verib.