vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
CƏMİYYƏT  
19:00 | 28 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 2167 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gürcü nazir müavini FHN-də

Kəmaləddin Heydərov Vaxtanq Qomelauriniylə görüşüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Yanvarın 28-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Gürcüstanın daxili işlər nazirinin müavini Vaxtanq Qomelaurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov hər iki ölkə arasında yaxın qonşuluq və dostluq əlaqələrinin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırıb. Azərbaycan və Gürcüstanın müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin perspektivlərindən danışan nazir respublikamızda fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Gürcüstanın daxili işlər nazirinin müavini Vaxtanq Qomelauri ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkib.

Görüşdə baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fikir mübadiləsi aparılıb, hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə seminar-təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin, Tibb məntəqəsinin, o cümlədən Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar. FHN-nin Akademiyasında olan qonaqlara bu təhsil ocağının fəaliyyəti haqqında geniş məlumat verilib. Gürcüstanın daxili işlər nazirinin müavini Vaxtanq Qomelaurinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.