SAM-ın daha bir uğuru
Azərbaycanın beyin mərkəzi ATƏT-in Akademik Şəbəkəsinə üzv qəbul edilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Casusun erkəyi, dişisi olmaz
Elnur Aslanovla bağlı kəşfiyyat məlumatları yayıldı, MTN-in sualları olacaqmı?
-
Elnur Aslanova yeni vəzifə verildi...
Dostu jurnalisti hədələdi...
-
«Ümumiyyətlə ... istəmirəm»
Elnur Aslanovun əsas kadrından bir cümləlik cavab
-
SAM rəhbərindən sərt açıqlama
«Bu cəfəngiyyatı məmurlara qarşı aparılan çirkin böhtan kampaniyası sayıram»
-
SAM ən güclülər arasında
Dünya üzrə beyin mərkəzlərinin yeni reytinqini açıqlanıb
-
«Hərəyə bir şam yandıraq!»
-
«İranın qulağının dibindəki çoşqa»
-
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ATƏT-in Akademik Şəbəkəsinə üzv qəbul edilib. SAM-dan vaxt.az-a verilən məlumata görə qurumun xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Azad Qəribov 2013-cü ilin dekabr ayında Azərbaycan nümayəndə heyətinin tərkibində ATƏT Nazirlər Şurasının Kiyev sammitində iştirakçı olub və şəbəkənin əlaqələndiricisi Volfanq Zellnerlə görüşərək mərkəzin üzvlük perspektivlərini müzakirə edib.
ATƏT-in Akademik Şəbəkəsi 2013-cü ilin iyun ayında ATƏT tərəfindən Vyanada təşkil olunmuş «Təhlükəsizlik günləri» sammiti çərçivəsində qurumun baş katibi Lamberto Zannierin təşəbbüsü ilə tanınmış beyin mərkəzlərinin görüşündə təsis edilib.
Şəbəkənin əsas məqsədi ATƏT qarşısında duran əsas vəzifələr və çağırışlar barədə müzakirələr aparmaq, təşkilat çərçivəsində həyata keçirilən müzakirələri akademik cəhətdən dəstəkləməkdir.
Şəbəkə qarşısında duran ən önəmli vəzifələrdən biri də 2015-ci ilədək ATƏT daxilində islahatların aparılması və təşkilatın beynəlxalq miqyasda fəallığının təmin olunmasını nəzərdə tutan «Helsinki+40» prosesinə töhfə verilməsidir.
Şəbəkəyə ATƏT-ə üzv dövlətlərin aparıcı beyin mərkəzləri və tədqiqat institutlarının üzv olması nəzərdə tutulur. Hazırda şəbəkə üzvləri sırasında 27 ölkədən 30 beyin mərkəzi təmsil olunur.
Xatırladaq ki, Bu SAM-ın bu il ərzində 2-ci uğurudur. Yanvarın 24-də açıqlanan hesabatda SAM Mərkəzi və Şərqi Avropanın 31-ci, ən yaxşı təbliğat aparanların reytinqində 52-ci, dünyada 27-ci, Avropada isə 9-cu ən güclü dövlət beyin mərkəzi seçilib. Mərkəz həmçinin ən yaxşı idarə olunan beyin mərkəzlərinin siyahısında dünyada 49-cu yerdədir.