vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
SOSİAL  
12:39 | 10 may 2018 | Cümə axşamı Məqaləyə 2207 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ət ucuzlaşdı

Quzu ətinin qiyməti daha da enə bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Bazarlara çıxarılan quzunun sayının artması quzu ətinin qiymətinə təsir edib. Bakıda quzu ətinin qiyməti düşüb.

Təxminən bir neçə gün əvvəl 12 manatdan baha satılan quzu ətinin 1 kq-ı indi 11 manat, 11 manat 50 qəpiyə satılır. Söhbət çəkisi 12 kiloqrama qədər olan quzulardan gedir.

Qəssabxanaların qarşısına qiymətin düşməsi ilə bağlı artıq elanlar da vurulub.

Satıcıların sözlərinə görə, quzu ətinin qiymətinin enməsinə səbəb xüsusən bu aylarda bazara çıxarılan quzuların sayının çox olmasıdır. Satıcılar bildirirlər ki, çəkisi 12 kiloqramdan ağır olan heyvanların əti daha ucuz qiymətə satılır. Qiymətlərin düşməsi isə təbii ki, alıcıların ürəyincədir.

Satıcılar deyirlər ki, bu tendensiya davam edərsə, quzu ətinin qiyməti daha da enəcək.