vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
09:09 | 31 avqust 2018 | Cümə Məqaləyə 2795 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

34 ton ölkəyə buraxılmadı

Azərbaycana idxal dərhal dayandırıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), “Tursan-İ” MMC-nin sifarişi əsasında Gürcüstan Respublikasının “G&A Group” şirkəti tərəfindən Ukraynadan alınaraq, beynəlxalq baytarlıq sertifikatı ilə Azərbaycan Respublikasına ixrac edilən 33991,15 kq dondurulmuş mal ətinin ölkəyə idxalının qarşısını alıb.

Agentlikdən bildirilir ki, təhlükəsizlik göstəricilərinin yoxlanılması və ətin mənşəyinin təyin edilməsi məqsədilə mal əti adı ilə ölkəyə idxal olunan məhsuldan əvvəlcə qanunvericiliyin tələblərinə uyğun olaraq nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Aparılan sınaq yoxlamanın nəticələrinə əsasən, təqdim edilmiş ət nümunələrinin at əti olduğu aşkar edilib. Bununla əlaqədar olaraq, Agentlik tərəfindən həmin məhsulun ölkəyə idxalı dərhal dayandırılıb. 

Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl surətdə davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi tədbirlər görüləcək.