vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜLƏŞ  
15:51 | 15 mart 2019 | Cümə Məqaləyə 18845 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aprel şəhidinin xatirəsinə möhtəşəm turnir

Cüdoçular “Raquf Orucov Kuboku” beynəlxalq yarışında güclərini sınayacaqlar

Düşmən təxribatının qarşını almaq üçün Azərbaycan Ordusunun 2016-cı ilin aprelində keçirdiyi uğurlu döyüş əməliyyatları müasir hərb tariximizin şanlı səhifəsidir. Bu əməliyyatlar nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində indi üçrəngli bayrağımız dalğalanır.

Qələbə uğrunda canını qurban verən şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilir, onların qəhrəmanlıq nümunəsi gənclərimizin vətənə məhəbbət ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Şərəfli zabit ömrü yaşamış və Aprel döyüşlərində şəhid olmuş əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucov da belə qəhrəmanlardandır.

“Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubu bu il aprelin 16-17-də Bakı İdman Sarayında Raquf Orucov və digər Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş III beynəlxalq “Raquf Orucov Kuboku” (“Raguf Orujov Cup”) cüdo turniri keçirəcəkdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunacaq turnirdə yaşı 21-dək (U-21) olan gənclərdən ibarət klub komandaları iştirak edəcəklər.

Ənənəvi turnirdə Bakı şəhərini və bölgələrimizi təmsil edən komandalarla birlikdə qonşu ölkələrdən dəvət edilmiş bir neçə klub komandasının iştirakı gözlənilir.

Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən turnirin məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.