vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
18:48 | 3 avqust 2019 | Şənbə Məqaləyə 2155 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ümumerməni “oyunlar”ı

Separatçılar İrəvanla birgə plan əsasında fəallıqlarını artıblar

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən Dağlıq Qarabağ separatçılarını danışıqlara qatmaq istəyini israrla ortaya qoydu. Rəsmi Bakı bunu qəbul etmədi və bu məsələdə beynəlxalq vasitəçilər də Paşinyanın mövqeyini müdafiə etmədilər. Bir növ məsələyə nöqtə qoymaq olardı. Ancaq Paşinyanla separatçıların bu istiqamətdə son zamanlar ortaq siyasət həyata keçirdiyini də sezməmək mümkün deyil.

Əlbəttə, Paşinyanın separatçıların hazırki komandası ilə fikir ixtilafı var və Ermənistanın baş naziri Dağlıq Qarabağda gələnilki “prezident seçkisində” öz namizədinin qələbəsini arzulayır. Buna baxmayaraq, Paşinyan separatçıların indiki komandası ilə birgə siyasət yürüdür. Bu Dağlıq Qarabağda daha çox idman və digər tədbirlərin keçirilməsini təmin etməkdən və separatçılarla beynəlxalq aləm arasındakı təmasların sayının artırılmasından ibarətdir. Məsələn qısa zaman kəsiyində Xankəndində Avropadakı separatçı bölgələrin futbol turniri keçirildi, bazar ertəsi isə ümumerməni oyunları keçiriləcək. Xaricdən qonaqların qarşılanmasına hazırlaşırlar. Bundan başqa müşahidələrim əsasında deyə bilərəm ki, bu il ərzində separatçıların təmsilçiləri Avropada, ABŞ-da, hətta uzaq Avstraliyada intensiv şəkildə peyda oldular, müxtəlif görüşlər və müzakirələr həyata keçirdilər.

“Onları rəsmi səviyyədə qəbul etmirlər” deyib rahatlaşmaq lazım deyil. Əgər separatçıların xarici işlər naziri Avstraliyada bu ölkənin parlamentinin bütün komitə sədrləri ilə görüşübsə bu artıq bizim üçün ciddi siqnaldır. Halbuki, bu səfər və görüşlər Azərbaycan XİN-nin diqqətindən kənarda qaldı, Azərbaycanın Avstraliyadakı səfirinin də separatçılarının xarici işlər nazirinin görüşləri ilə bağlı hər hansı etirazını eşitmədim.

İrəvan Xankəndi ilə birgə beynəlxalq aləmdə Dağlıq Qarabağın var olduğunu praktik müstəvidə göstərməyə çalışır. Bu arada, İrəvanla Xankəndi arasında hava əlaqəsinin intensivliyi də artıb. Halbuki, keçmiş illərdə helikopterlərlə gediş-gəlişə çox risk etməzdilər və quru yolla Xankəndinə gəlirdilər. İndi isə helikopterlərin uçuşları adiləşib. Bu da bizim üçün pis alışqanlığa çevrilib. Üstəgəl Şuşa məscidini öz bildikləri kimi təmirinə girişiblər. Halbuki, keçmiş illərdə nə məscid barədə planları var idi, nə də məsələn işğal altındakı torpaqlarda köçürülmə və müəssisələrin açılışı indiki qədər intensiv idi. Bizim üçün müharibə imkanlanlarının məhdud olduğu (apreldə olduğu kimi xarici təzyiqlər nəzərdə tutulur) zamanda “İrəvanla Xankəndinin praktik mahiyyət daşıyan planlarının qarşısını necə almalıyıq” sualı üzərində qara-qara düşünməliyik.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)