Ünlü-ütülü əcnəbi sevənlər
Qurbanov millidə qalsaydı mundial görə bilərdikmi?
2 milyon əhalisi olan Şimali Makedoniya 4 qat dünya, sonuncu Avropa çempionu İtaliyanı səfərdə məğlub edib “play-off”un finalına vəsiqə qazandı. Şimali Makedoniya ha. Vaxt vardı Azərbaycan klublarına Şimali Makedoniya millisinin futbolçularını təklif edəndə ağız büzərdik(bunu ona görə yazıram ki, onların hazırkı heyəti səbəb göstərilməsin).
Amma həmin 2 milyonluq ölkə Avropa çempionatının ardından Mundialın da 1 addımlığındadır.
Demək ki, hər şey mümkündür. Sadəcə, bunu İSTƏMƏK lazımdı.
Necə? Çox sadə misal: Şimali Makedoniyalıları Avropa çempionatına çıxaran İqor Angelovski hansısa əcnəbi, “ünlü-ütülü” mütəxəssis deyildi.
Eləcə də hazırkı çalışdırıcısı Milevski də u-21-dən gələn yerli məşqçidir.
Və nəticə davam edir. Nəticə haradan gəlir: SİSTEMli çalışmaqdan.
Bizdə niyə o SİSTEMdən yoxdur?
Çox sadə - Dövlətin məhz o SİSTEM üçün ayırdığı milyonları ‘ünlü-ütülü’, pafoslu əcnəbilərə yedizdirməklə bizdə futbol(çu) yoxdur arxasında gizlənməklə.
Bizdə futbol(çu) var.. Bunu “Qarabağ”, “Neftçi”, “Qəbələ” göstərib.
Cəmi 1 dəfə “gizləndiyimiz” pərdənin arxasından çıxmağa məcbur edildik: Qurban Qurbanova şans verdik, onda da.
Angelovski Şimali Makedoniya millisinə 2015-də təyinat almışdı, 5 (!) il sonra millini Avropa çempionatına çıxardı. Angelovski (eləcə də Milevski) nə məşqçi, nə də məşqçi uğurları vardı. Amma futbol başbilənləri istədilər və inandılar. 5 il sonra istək nəticəylə taclandı.
Bizdə necə oldu?
8 dəfə qrup mərhələsinə çıxmaqla SİSTEMin möcüzəsini göstərən Qurban Qurbanova 6 illik SİSTEM şansı (əslində imitasiya) “verib” 1 il uğursuzluğunu “sıxıb” ilk məğlubiyyətini gözləyib yola saldıq.
Qurban Qurbanov millidə qalsaydı AÇ və DÇ görə bilərdikmi? Sualdır-məchuldur.
Amma şimali makedoniyalıların əcnəbilərə verməyə milyonları olmadığı üçün SİSTEMİ seçdilər. Nəticə də aldılar. Bizimsə pulumuz, futbolçu potensialı (əhali 2milyon>10milyon), sistemi-stabilliyi bilən mütəxəssisimiz olsa da , uğur(suzluğ)a “vaxt”mız olmadı.