vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜLƏŞ  
17:02 | 17 aprel 2022 | Bazar Məqaləyə 1918 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əngəllərdən uğura gedən yol

Cüdoçu Hüseyn İsmayılzadənin idmançı xarakterindən savayı başqa özəlliyi də var

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprel 2022-ci il...Yeniyetmələr arasında keçirilən cüdo üzrə Bakı şəhər birinciliyi...Azyaşlıların olmasına baxmayaraq, zalı bürüyən alqışlar, təəssüf səsləri, kəskin rəqabət və qələbə əzmi...Və tatami üzərinə çıxar-çıxmaz hər kəsin diqqətini özünə çəkən 13 yaşlı Hüseyn... Özgüvəni, bacarığı, hazırlığı, çempionlara xas duruşu öz yerində, amma bizim qəhrəmanın başqa özəlliyi də var.

1 nömrəli təhsil liseyinin şagirdi Hüseyn İsmayılzadə, bədənin melatonin – dərimizə, saçımıza və gözlərimizə rəng verən piqment istehsal etmədiyi nadir genetik xəstəliklə doğulub. Albinizm onun görmə qabiliyyətini də zəiflədib. Lakin bütün bunlar Hüseynin nə cüdoya olan sevgisinə, nə özünə olan yüksək inamına, nə də gələcək üçün planladığı hədəflərə mane ola bilməyib. Məşqçisi Ravil Quliyev deyir ki, Hüseyn ilk tatami üzərinə çıxdığı andan etibarən uzun, heç də asan olmayan yol fəth edib və indi fiziki və mənəvi hazırlığına görə öz yaş kateqoriyasında xüsusi seçilir. İstənilən rəqibi ram edə bilməsinin sirlərindən biri də budur ki, Hüseynin görmə qabiliyətinin zəif olması digər duyğularını, hissiyatını yüksəldərək, gücünə güc qatır.  Hər gün səbrlə, əzmlə, yorulmadan məşq edərək, ard-arda yarışlara qatılaraq, uğura aparan yolda heç bir əngəlin onun üçün maneə olmadığını sübut edir balaca cüdoçumuz! 

Qeyd edək ki, bu il Beynəlxalq Cüdo Federasiyası (İJF) 28 oktyabr Ümumdünya Cüdo Gününü “İnklüzivlik” mövzusuna həsr edib. Çünki Hüseyn kimi yüzlərlə idmançı üçün bu idman növü bərabər imkanlar və mühit yaradır.