vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜLƏŞ  
18:12 | 17 aprel 2022 | Bazar Məqaləyə 1941 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan cüdosunun uğuru

Rəşad Nəbiyev BCF-də yeni komissiyanın sədri seçilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Beynəlxalq Cüdo Federasiyasının (BCF) yeni yaradılmış komissiyasının sədri seçilib.

BCF-dən verilən məlumata görə, müasir dünyada yeni texnologiyalar hər bir sahəyə, o cümlədən idman sahəsinə də öz müsbət təsirini göstərməkdədir.

Yeniliklərə hər zamana açıq olan və bu yenilikləri cüdoya vaxtında və ən məhsuldar şəkildə tətbiq etməyi hədəfləyən BCF Yeni Texnologiyalar və Yüksək Məhsuldarlıq Komissiyası yaratmağa qərar verib. Komissiyanın əsas missiyası müasir texnologiyaları tətbiq edərək idmançıların performansını yüksəltmək istiqamətində tədbirlər həyata keçirmək, eyni zamanda cüdo idman növünün hərtərəfli inkişafına nail olmaqdır.  

BCF-in rəsmi saytında bildirilib ki, yeni komissiya daim dəyişən dünyada cüdonu təbliğ edərək ümumilikdə idmanın inkişafına kömək edəcək, eləcə də texnologiyaları müasir bir vasitə kimi idmançıların və cəmiyyətin xeyri üçün istifadə edilməsi istiqamətində çalışacaq.